Accessibility links

Ailə: İkram Rəhimovun səhhəti kritikdir


İkram Rəhimov
İkram Rəhimov

Həbsdə olan "realliq.info" saytının redaktoru İkram Rəhimov on üçüncü gündür aclığı davam etdirir.

Bu barədə Amerikanın Səsinə jurnalistin ailəsindən bildiriblər.

"Bu gün təcridxana ilə əlaqə saxladıq. Təcridxana rəsmisi bildirdi ki, İkram aclığı davam etdirir. Onun səhhəti kritikdir. İkram avqustun 15-dən sonra evə zəng etməyib. Çox yəqin ki, səhhəti çox ağırdır, telefonla zəng etmək və danışmaq iqtidarında deyil," jurnalistin ailə üzvü Amerikanın Səsinə deyib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi İkram Rəhimovun aclığı davam etdirdiyini təsdiq edib.

“O, saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində həkim nəzarətindədir. Su qəbul etsə də qida qəbulundan imtina etməkdə davam edir. İkram Rəhimov qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər.

Jurnalist təkrar məhkəmə istintaqı olmadan onun apellyasiya şikayətinə baxılmasına etiraz olaraq avqustun 7-də aclıq elan edib.

Rəhimov avqustun 15-də bildirib ki, təzyiqi düşüb, başgicəllənməsi yaranıb, mədəsində kəskin ağrılar baş qaldırıb, 10 kiloqramadək çəki itirib. Səhhəti çox ağırdır.

“Buna baxmayaraq aclığı ölənədək davam etdirəcəyini dedi,” ailə üzvü jurnalistə istinadən Amerikanın Səsinə bildirib.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. O, həbsdən öncə bildirib ki, Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur. Məhkəmədə bunu bir daha bildirib.

İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-da Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərərçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.

Həmçinin vəkil xahiş edib ki, həmin səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizası təyin edilsin. Lakin vəsatət təmin edilməyib.

Növbəti iclas avqustun 21-nə təyin edilib. İkram Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG