Tramp administrasiyasının bildirdiyinə görə, ailələrindən ayrılan qanunsuz mühacir uşaqlar valideynlərinə təhvil verilib.
Bu uşaqların yarısı 5 yaşından aşağıdır. Onlar Tramp administrasiyasının sıfır tolerantlıq siyasətinə əsasən təhlükəsizlik səbəbi ilə valideylərindən alınmışdı.
Tramp administrasiyasının ABŞ-a qaçaq yolla keçdikləri zaman valideynlərindən alınmış mühacir uşaqların yenidən ailələri ilə birləşdirilməsinə qoyduğu vaxt dünən başa çatıb.
Çərşənbə axşamı günün sonuna qədər ailələri ilə birləşməyə uyğun hesab olunan 5 yaşından aşağı 57 uşaq valideynlərinə verilib.
Administrasiya may və iyun aylarında ailələrindən ayrılan uşaqların təhvili ilə bağlı məhkəmə mandatı altında idi.
Hazırda vətəndaş hüququları müdafiəçiləri bəzi ailələr adından məhkəmələrə müraciət edib.
46 uşaq isə hələ ki, ailəsindən ayrıdır. Belə ki, onların bəzilərinin ailələri deportasiya edilib, digərləri isə nəzarət altındadır. Bir valideynin isə yeri bəlli deyil.
Bildirildiyinə görə, 22 uşaq təhlükəsizlik səbəbi ilə ailəsindən ayrılıb. Onların 11-nin kriminal keçmişləri var. Bəziləri isə saxta doğum şəhadətnaməsi göstərib.
Səfır tolerantlıq siyasəti altında 2300 uşaq 2200 validenydən alınıb.
Administrasiyanın daha mühüm möhləti iyulun 26-da bitir. Həmin müddət ərzində 2 min uşaq ailəsinə qaytarılmalıdır.