Accessibility links

Ailəsi Ruzbeh Pirini döyən təhlükəsizlik qüvvələri ilə bağlı məhkəməyə şikayətlə müraciət edib


Ruzbeh Piri
Ruzbeh Piri

Hal-hazırda naməlum yerdə nəzarət altında saxlanılan milli fəal Ruzbeh Pirinin ailəsi həbs edilən zaman oğullarını döyən təhlükəsizlik qüvvələri əməkdaşlarının mühakimə olunmalarını istəyirlər.

Milli fəalın qardaşı Yaşar Piri bu barədə öz Instagram səhifəsində məlumat verib. O, İnstagramda şikayət məktubunun mətnini paylaşıb.

Sentyabrın 9-da İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Ruzbeh Piri, şahidlərin dediklərinə görə, tutulduğu zaman ağır vəziyyətdə işgəncələrə məruz qalıb.

Milli fəalın ailəsi məhkəmə müstəntiqnə şikayət ərizəsi yazaraq oğullarını döyən təhlükəsizlik qüvvələrinin mühakimə olunmasını tələb edib. Fəalın ailəsi məhkəmə müstəntiqi Musəvidən Ruzbeh Pirinin bədənindəki döyülmə izləri sağalmadan onujn tez bir zamanda etibarlı məhkəmə həkimi tərəfindən müayinə olunmasını tələb edib.

Məhkəmə müstəntiqinə ünvanlanan ərizədə, fəalın yaxınları ilə şahidlərin verdiyi məlumata görə, Ruzbeh Piri həbs olunarkən zabitlər tərəfindən şiddətli şəkildə döyüldüyü və zabitlərin maşınına minərkən başı və üzünün qanlı olduğu qeyd olunub.

Ruzbeh Piri daha öncə təhlükəsizlik qüvvələrinin işgəncəsinə məruz qalan qardaşı Yaşar Pirinin durumu ilə bağlı sosial mediada məlumat paylaşdığı üçün Təbrizin Ümumi və İnqilab Prokurorluğuna çağırılaraq “yalan xəbər yaymaq” ittihamı ilə 5 milyon tümən cərimə ödəmək cəzasına məhkum edilmişdi. Daha sonra Apellyasiya Məhkəməsi Ruzbeh Pirinin cərimə hökmünü qüvvədə saxlayıb.

Ruzbeh Piri daha öncə də dinc fəaliyyətlərindən dolayı həbs və mühakimə edilib.

O, 2019-cu ilin noyabr ayında İranda baş qaldıran kütləvi etirazlar əsnasında bir çox digər milli fəalla bərabər həbs edilib, daha sonra ilkin məhkəmə tərəfindən 10 ay həbsə məhkum edilmişdi. O, nəhayət Apellyasiya məhkəməsi tərəfindən “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG