Accessibility links

2014-ün təyyarə qəzaları


Bu il əsasən Cənub-Şərqi Asiya olmaqla hava qəzaları səbəbilə 900-ə yaxın insan ya ölüb, ya da itkin düşüb. Bunlardan ikisi Ukraynada vurulub ,üçü hava şəraiti, biri isə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Yüzlərlə sərnişin və ekipaj üzvündən ibarət Malayziya Hava Yolları təyyarəsi bu ilin mart ayından bəri yoxa çıxıb.

11 fevral – Tamanrassetdən Konstantinə uçan Əlcəzairin Hərbi Hava Qüvvələrinə məxsus və içərisində 78 nəfər hərbi qulluqçu və ekipaj üzvü olan C-130 təyyarəsi qəzaya uğradı. Qəza zamanı yalnız bir nəfər sağ qaldı. Əlcəzairin Müdafiə Nazirliyi qəzanın dağlarda güclü külək və qar səbəbindən baş verdiyini bildirdi.

8 mart –239 nəfər sərnişini olan Malayziya Hava Yollarına məxsus təyyarə Kuala-Lampurdan Pekinə uçan zaman yoxa çıxdı. Təxminən 60 min kv.km ərazidə axtarışlar aparılmasına baxmayaraq, təyyarənin qırıntısı belə tapılmadı.

14 iyun – Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus İlyuşin-76 təyyarəsi ölkənin şərqində, Luqansk bölgəsində vuruldu. Təyyarədəki 49 nəfərin hamısı həlak oldu. Ukrayna ordusu təyyarənin Rusiya təfərdarı separatçılar tərəfindən vurulduğunu dedi.

17 iyul - 298 nəfər sərnişini olan Malayziya Hava Yolları-17 təyyarəsi isə Amsterdamdan Kuala-Lampura uçan zaman Ukraynanın şərqində vuruldu. Birləşmiş Ştatların dövlət katibi Con Kerri hadisə ilə bağlı Rusiyanı qınayaraq, bunun danılmaz sübut olduğunu dedi.

23 iyul – Tayvanın Beynəlxalq Kosyun Aeroportundan havaya qalxan Trans-Asiya -222 daxili uçuşlar təyyarəsi güclü külək və yağış səbəbindən Penqu adasında qəzaya uğradı. Təyyarədə olan 58 nəfərdən cəmi 10-u sağ qaldı. İlkin açıqlamada qəzanın pilotların eniş yolunu görə bilməməsi səbəbindən baş verdiyi deyilirdi.

24 iyul – Əlcəzair Hava Yollarının Burkino-Fasodan Əlcəzairə uçan 5017 təyyarəsi Mali üzərindən uçaqkən pis hava şəraiti səbəbindən qəzaya uğradı. Təyyarədəki 118 nəfər və ekipaj üzvünün hamısı öldü.

S
S

10 avqust – İranın daxili Sepahan Hava Yollarının 5915 təyyarəsi Tehrandan Tabasa uçmaq üçün havaya qalxandan az sonra qəzaya uğradı və 48 sərnişin və ekipaj üzvündən 39-u öldü. Dövlət xəbər agentliyi qəzanın mühərrikin nasazlığı səbəbindən baş verdiyini dedi.

28 dekabr - İndoneziyanın Asiya Hava Yolları şirkətinə məxsus təyyarəsi 162 sərnişin və ekipaj üzvü ilə birlikdə yoxa çıxdı. Surabaya şəhərindən Sinqapura yola düşən təyyarə səhər saat 7:24-də radardan itib. Təyyarənin sərnişinləri arasında 149 İndoneziya, üç Cənubi Koreya, Sinqapur, Malaziya və Britaniyadan isə bir vətəndaş olub. Təyyarənin ekipaj üzvlərinin altısı indoneziyalı, ikinci pilot isə fransız olub. Aerobus-320 təyyarəsinin dekabrın 28-də Cava dənizinin İndoneziya sahilinə yaxın ərazidə qəzaya uğradığı təxmin edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG