Accessibility links

Ukrayna boyu hava hücumu ilə bağlı xəbərdarlıqlar edilir


Dekabrın 17-də, Rusiya Ukraynanın mülki infrastrukturunu hədəf alan onlarla raket zərbəsi endirdikdən bir gün sonra Ukrayna boyu hava sirenaları səsləri eşidilib.

Kyiv işçilər Rusiyanın ən son hücum dalğası səbəbilə zərər görən elektrik şəbəkəsini təmir etməyə çalışdığı bir vaxt, ölkə boyu elektrik kəsilmələrinin olacağı barədə xəbərdarlıq edib.

Enerji təminatçısı Ukrenerho dekabrın 16-da yaydığı açıqlamada xəbərdarləq edib ki, ölkənin şimalı, cənubu və mərkəzinə dəyən böyük ziyan təmir işlərinin bir az vaxt apara biləcəyinə işarə edir.

“Prioritet kritik infrastruktura: xəstəxanalar, su təchizatı obyektləri, istilik təchizatı obyektləri, çirkan suların təmizlənmə obyektlərinə veriləcək,” dövlət şirkəti açıqlamasında bildirib.

Mer Vitali Kliçko deyib ki, dekabrın 17-də axşam saatlarında Kyivdəki evlərin üçdə-ikisində elektrik və su bərpa olunub.

Paytaxtı əhatə edən amma onun daxil olmadığı Kyiv vilayətinin yarısında hücumdan sonra hələ də elektrik yoxdur. Bu barədə regionun qubernatoru Oleksiy Kuleba məlumat verib. O əlavə edib ki, yağış və qar səbəbilə elektrik xəttlərini buz bağladığı üçün, elektriyi bərpa etmək səyləri çətinləşib.

Xarkiv bölgəsinin qubernatoru Oleh Sıniehubov dekabrın 17-də bildirib ki, bütöv regiona, o cümlədən Xarkiv şəhərində elektrik bərpa olunub.

Ukraynanın mərkəzindəki Krıvıy Rığ şəhərində fövqəladə hallar işçilər Rusiyanın zərbəsi nəticəsində dağılan yaşayış binasının altında bir körpənin cəsədini tapıblar. Bu barədə dekabrın 17-də yerli rəsmilər məlumat veriblər.

Rəsmilər bildirib ki, ümumilikdə dörd nəfər ölüb, 13 nəfər, o cümlədən dörd uşaq yaralanıb.

Dekabrın 16-da ABŞ dövlət katibinin enerji resursları üzrə katibi, 2013-2016-cı illərdə ABŞ-ın Ukraynadakı səfiri kimi xidmət göstərən Coffri Payat Vaşinqton ötən ay 53 milyon dollarlıq yardım paketini elan edəndən bəri göndərilən ilk elektrik şəbəkəsi avadanlıqlarının çatdırılmasına nəzarət etmək üçün Kyivə səfər edib.

Payat aparıcı rəsmilər və Ukrenerhonun idarəçiləri ilə Birləşmiş Ştatlar və digər müttəfiqlərin Kyivə Rusiyanın hücumlarının öhdəsindən gəlməyə necə yardım edə biləcəklərini müzakirə etmək üçün danışıqlar aparıb.

Avropa İttifaqının xarici siyasət ofisinin rəhbəri Cosep Borrell bəyanat yayaraq Rusiyanın dekabrın 16-da həyata keçirdiyi hücumları qınayaraq onların “Kremlin fərq qoymadan etdiyi terrorunun bir başqa nümunəsi” adlandırıb.

“Bu bomba hücumları müharibə cinayətləridir və vəhşilikdir,” Borrell deyib. “Cavabdeh olanlar məsuliyyətə cəlb olunmalıdır.”

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, dekabrın 16-da “yüksək-dəqiqlikli” silahları ilə etdiyi hücumlar Ukraynanın hərbi-sənaye kompleksi və energetika və hərbi inzibati obyektlərini vurub.

“Zərbə nəticəsində, xarici istehsal olan silah və sursatların daşınmasının qarşısı alınıb,” nazirlik dekabrın 17-də bildirib. Nazirlik iddia edib ki, Ukraynanın silah, hərbi avadanlıq və sursat istehsal edən zavodları zərbələr nəticəsində sıradan çıxıb.

XS
SM
MD
LG