İndoneziya rəsmiləri dekabrın 28-də Yava dənizində AirAsia 8501 laynerinin arxa hissəsini qaldırmaq üçün səylər göstərir.
Axtarış komandasının rəhbəri deyib ki, güclü dalğalar və görüntünün zəif olması səs və laynerin qara qutusunu axtaran dalğıcların işinə əngəl törədir.
Təyyarənin arxa hissəsinin təyyarənin düşdüyü ərazidən 30 kilometr məsafədə, dəzinin dibində olduğu ehtimal edilir.
AirAsia 8501 layneri Yava dənizi üzərində İndoneziyanın ikinci böyük şəhəri Surabayadan Sinqapura uçarkən radarlardan itib.
Laynerdəki 162 sərnişindən sağ qalan olmayıb. İndiyədək 40-a yaxın cəsəd aşkar edilib.