Accessibility links

Airbus A380 təyyarəsinin istehsalını dayandırır


Avropanın aviasiya nəhəngi Airbus 2021-ci ildə nəhəng A380 "supercambo" təyyarəsinin istehsalını dayandıracağını bildirir.

Şirkət Airbusun ən böyük müştərilərindən olan Dubayda qərargahlanan Emirates Hava Yolları həmin təyyarənin alışını azaltdığını elan etməsindən sonra cümə axşamı bu qərarını açıqlayıb.

500-dən çox sərnişini daşıya bilən ikimərtəbəli təyyarələr ilk dəfə 2008-ci ildə istifadəyə verilib. Airbus A380-nin Boeing-in əfsanəvi 747 təyyarəsini geridə qoyub. Onun hava nəqliyyatı sahəsində inqilab edəcəyinə ümid edilirdi.

Lakin hava yolları şirkətləri A380-nin yerinə yeni nəsil kiçik təyyarələrə üstünlük verdi, çünki A380 o qədər böyük idi ki, hava limanları yeni uçuş-enmə zolaqları və terminallar inşa etməli oldu.

A380-nin sonu ilə Airbusda 3 min iş yeri bağlana bilər.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG