Accessibility links

3D Çap Edilmiş Təyyarə [Video]


3D Çap Edilmiş Təyyarə
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Yanacağın baha olması təyyarə biletlərinə təsir edir. Buna görə şirkətlər daha yünğül, səmərəli və çox oturacaqlı təyyarə istehsal etməyə çalışırlar.

Boeing 787 Dreamliner kimi yeni təyyarələrin gövdəsi mürəkkəb materiallardan əsasəndə karbon tərkibli plastikdən düzəldilib.

3-D printer vasitəsi ilə meydana gətirilən bəzi hissələr hazırda Airbus A350 təyyarəsində mövcuddur. Ancaq yeni model XVB titaniumla çap edilmiş hissəyə sahib ilk təyyarə olacaq. Airbus-un texnologiya üzrə meneceri Piter Sander deyir ki, texniklər daha mürəkkəb həndəsi formaları belə çap etməyi öyrəniblər.

Piter Sander: Adi olaraq yanacaq sisteminin bu hissəsi, iki turba birində yerləşdirilib və 10 hissədən ibarətdir. Bu halda biz 3D printer vasitəsilə boruları birləşdiririk və iki borunu birdən çap edirik.

3D çap həmçinin artıq mövcud olmayan hissələrin istehsalı üçün yaxşıdır. Sander deyir ki, Airbus mühəndislərinin oturacaqlar üçün hissəyə ehtiyacı var idi. Bunun eynisini çap etmək asan oldu.

Piter Sander: Beləliklə bir həftə içində biz bunu yenidən dizayn etdik. Yenidən dizayn etmək bizim iki saatımızı aldı. Biz çertyoju aldıq, yenidən dizayn etdik və bir həftə sonra texniklərin qabağına qoyduq.

Bu texnologiya sürətlə inkişaf edir və bir təyyarəni tamlıqla çap edilmiş hissələrdən düzəltməyi xəyal etmək olar. Airbus rəsmisi Aksel Kreyn deyir ki, bu, çox vaxt alacaq, ancaq siz diqqət etsəz, görərsiz ki, hissələrin çaplı istehsalı getdikcə artır.

Aksel Kreyn: Biz aerodinamikanın inkişafı, material, səslərin azadılması istiqamətində çox pul yatırırıq. Ancaq 3D çap yəqin ki, bu zamana qədər ən yüksək qazancdır.

ABŞ şirkəti General Elektrik bildirir ki, o, təyyarə mühərrikləri üçün yanacaq başlıqları çap etmək üçün 50 miliyon dollar investisiya qoymağı planlaşdırır.

XS
SM
MD
LG