Accessibility links

Airbus külli miqdarda itki verib


Avropanın hava nəqliyyatı korporasiyası Airbus aprelin 29-da bildirib ki, koronavirus pandemiyası səbəbi ilə şirkət acınacaqlı böhran vəziyyətindədir və insanların hava səyahətlərinə etimad qazandırılması vaxt aparacaq.

Uçuşlar səyahətlərin qadağan edilməsi və evdə qal göstərişləri ilə kəskin şəkildə azalıb.

Airbus cari ilin birinci kvartalında 522 milyon dollar itirdiyini bildirib. Minlərlə işçi məcburi məzuniyyətə göndərilib. Ötən illə müqayisədə şirkətin uçuşlarını həyata keçirən təyyarələrin sayı 40 ədəd azalıb.

İstehsalat bir çox hökumətlərin insanları yenidən işə qaytarması və dayandırılmış iqtisadiyyatların bərpası üçün müəssisələrə tətbiq edilən məhdudiyyətlərin ləğvi başladıqda müraciət etdikləri sektordur.

Almaniyanın avtomobil istehsal edən şirkətləri sosial distansiya rejimi ilə istehsalı bərpa edib. Bu ölkədə mağazalar da işə başlayıb. Lakin alıcıların maska taxmaları şərtdir.

Cənubi Koreyada bayram həftə sonları uzunməsafəli səyahətlərə çıxanlar maska taxmağa təşviq edilir.

Aprelin 29-da bu ölkədə 9 yeni yoluxma halının qeydə alınması ilə təsdiq edilmiş xəstələrin sayı 10 761-ə çatıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG