Accessibility links

Güneyli siyasi məhbus Əkbər Əbulzadənin aclıq aksiyasından 7 gün keçir


Əkbər Əbulzadə
Əkbər Əbulzadə

Azərbaycanlı siyasi məhbus Əkbər Əbulzadənin həyat yoldaşı Instagram səhifəsində Əkbər Əbulzadənin 7 gündür aclıq aksiyası keçirdiyini açıqlayıb.

Xanım Sara Xudakərəmi şəxsi Instagram səhifəsində yazıb ki, ailəsi Əkbərin vəziyyətini öyrənmək üçün prokurora müraciət edib, lakin prokuror Əbulzadədən aclıq aksiyasını dayandırmasını istəyib.

Xanım Xudakərəmi həmçinin yazıb: “Günlər keçdikcə durum ağırlaşır, qorxu artır canımızda”. Aclıq aksiyası edən həyat yoldaşımın durumunun nə olacağı bəlli deyil.”

Əhər Həbsxanasında saxlanılan türk siyasi məhbus Əkbər Əbulzadə Əhər şəhər məhkəməsini ziyarət edərkən ədliyyə orqanlarının ona məzuniyyət verməməsinə və məhbusun ailəsinə qarşı pis rəftara etiraz olaraq iyulun 17-də aclıq aksiyasına başlayıb.

Əkbər Əbulzadənin Əhər həbsxanasında aclıq aksiyasına başlamasından bir həftə keçir və Əhər şəhərinin ədliyyə rəsmiləri hələ də milli fəalın qanuni tələbinə cavab verməyib. O, aclıq aksiyasına başlamadan əvvəl həbsxana rəhbərliyinə və prokurora yazdığı məktubda aclıq aksiyasının səbəbini yazıb: “Mən Əhər şəhərinin həbsxanasına daxil olanda gördüm ki, iki növ ümumi məzuniyyət elan edilib və mən o əsasda neçə dəfə prokurora məzuniyyət tələbi üçün məktub göndərmişəm. Onlar heç bir səbəb göstərmədən məzuniyyət istəyimə qarşı çıxıblar və ailəm məhkəməyə getdikləri zaman onlara pis rəftar olunub.”

O, daha sonra yazıb ki: “Mən haqqımı müdafiə etmək üçün son vasitəm olan həyatımı ortaya qoyuram və qanuni haqqımı alana qədər bu gündən aclıq aksiyaya başladığımı elan edirəm”.

Əkbər Əbulzadə, 2015-ci ilin noyabrında Əhər şəhərində bir neçə milli fəalla birlikdə İran Azərbaycanının şəhərlərində keçirilən irqçilik əleyhinə etiraz aksiyaları zaman həbs edilib və 2017 ilində “sistemə qarşı təbliğat aparmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib. Bu hökm daha sonra Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

XS
SM
MD
LG