Accessibility links

Akif Qurbanov: “Türkiyədəki seçkili demokratiya Azərbaycan vətəndaşlarının arzusudur”


Akif Qurbanov: “Türkiyədəki seçkili demokratiya Azərbaycan vətəndaşlarının arzusudur”
please wait

No media source currently available

0:00 0:07:22 0:00

Akif Qurbanov: “Türkiyədəki seçkili demokratiya Azərbaycan vətəndaşlarının arzusudur”

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvünün Amerikanın Səsinə müsahibəsi

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov Amerikanın Səsinə müsahibəsində Türkiyədə keçirilən bələdiyyə seçkilərinin Azərbaycana təsirlərindən danışıb.

Amerikanın Səsi: Türkiyədə keçirilən bələdiyyə seçkilərinin Azərbaycanda seçki prosesinə təsirləri nə ola bilər?

İsanlar bir daha seçkili demokratiyanın necə işlədiyini görür və bunun Azərbaycanda tətbiqi zərurətini formalaşdırır.

Akif Qurbanov: Təbii ki, Türkiyədəki istənilən seçkilər Azərbyacanda hər zaman böyük diqqət mərkəzində olur. İnsanlar sanki özünə nümunə kimi göstərir, özü o seçkilərdə vətəndaş rolunda iştirak edir və sanki özünü Türkiyənin bir parçası kimi görür. Bu həm bir soydaşlıq bağlılığı ilə bağlıdır, həm də, eyni zamanda, Azərbaycanda seçkili demokratiya anlayışına, - belə deyək, böyük gözləntisi olan, amma hələ də ona çata bilməyən insanların böyük bir arzusu kimi özünü tapır. Türkiyədə istənilən seçkilər Azərbaycanda hər zaman müzakirəyə, ictimai-siyasi diskussiyalara səbəb olur və əhval-ruhyyəni artırır. Birbaşa təsiri olmasa da, qeyd etdiyim kimi, Azərbaycanda əsas etibarı ilə belə bir ehtiyacın bir daha olduğunu yada salır. İnsanlar bir daha seçkili demokratiyanın necə işlədiyini görür və bunun da Azərbaycanda tətbiqi zərurətini formalaşdırır. Bir növ ictimai-siyasi rəydə, bu, aktiv bir müzakirəyə səbəb olur və bu, həmçinin də bir daha cəmiyyətin hökumətdən gözləntisini açıq surətdə mesaj olaraq verir.

Amerikanın Səsi: Azərbaycanda da böyük şəhər bələdiyyə seçkilərinin keçirilməsi təklif edilir. Sizcə bu mümkündürmü?

Vəzifə və səlahiyyət bölgüləri paylaşılmalıdır və yerli özünüidarəetmənin görəcəyi işlərlə prezident və ya onun administrasiyası məşğul olmamalıdır.

Akif Qurbanov: Əslində bu təkliflər, yəni, həm zərurətdən, həm də dünya təcrübəsində qabaqcıl ölkələrdə yerli idarəetmənin effektiv nəticələrə səbəb olmasından doğur. Bu, eyni zamanda Azərbaycanın Avropa Şurasına üzv olarkən yerli özünüidarəetməyə dair xartiyaya qoşulmasından və bu xartiyaya qoşularaq öhdəlik götürməsindən doğur. Yəni Azərbaycan hökuməti illərlədir, hətta, Cənubi Qafqazda qonşu olkələrdən liderliyini, öndə getdiyini ifadə etsə də, ancaq həmin ölkələrin tətbiq etdiyi nümunələrdən istifadə edə bilmir. Azərbaycan tərəfi hökumət olaraq öz öhdəliklərini yerinə yetirmir. O nöqteyi-nəzərdən, əslində Azərbaycan dövlətinin, bu, öhdəliyidir. Eyni zamanda, təcrübə də, büdcənin idarə edilməsindən tutmuş yerli idarəetmədə olan problemlərə qədər sistemin üzləşdiyi çətinliklər də onu göstərir ki, vəzifə və səlahiyyət bölgüləri paylaşılmalıdır və yerli özünüidarəetmənin görəcəyi işlərlə prezident və ya onun administrasiyası məşğul olmamalıdır.

Amerikanın Səsi: Azərbaycanda da bu il bələdiyyə seçkiləri keçiriləcək. Türkiyədəki siyasi qüvvələrin seçkilərə hazırlğı ilə Azərbaycandakı siyasi qüvvələrin bələdiyyə seçkilərinə hazırlığı arasında oxşar və fərqli cəhətlər varmı?

Neçə seçkidir bələdiyyə sahəsində irəliyə bir addım atılmır.

Akif Qurbanov: Təbii ki, Türkiyədə seçkilərin çox böyük tarixi var. Eyni zamanda seçkili demokratiya anlayışı Türkiyədə oturuşmuş bir sistemdir. Demokratik proseslərlə bağlı Türkiyə dövləti nə qədər tənqid olunsa da, seçki institutu hələ də öz qüvvəsini saxlayır. Azərbaycanda da belə bir prosesin olmasını istər müxalifət, istər vətəndaş cəmiyyəti, istər də də hər bir insan arzulayır. Təəssüflər olsun ki, Azərbaycandakı mühit, - istər seçki qanunvericiliyi, istər seçki mühiti, hökumətin opponentlərinə münasibəti, sərbəst toplaşmaq azadlığından tutmuş vətəndaşların seçki hüququnun müdafiəsinə qədər, azad və ədalətli məhkəmələrin olmaması anlayışı, seçki komissiyalarının tərəflərin etimadını əks etdirəcək formada formalaşmaması, hakimiyyətin nəzarətində olması, - bütün bu şərtlər Türkiyə ilə Azərbaycandakı seçki hazırlıqlarının imkanlarını müqayisəsiz hala gətirib çıxarır. Bu bir daha göstərir ki, Azərbaycan hökuməti bu təcrübələrdən yararlanmalıdır və öz opponentləri üçün bunu tətbiq etməlidir. Yəni Türkiyədəki son seçkilərdə əhali çox yüksək səviyyədə iştirak etdi. 85 faizə qədər iştirakçılıq parlament və prezident seçkilərindən üstün səviyyəyədək bir aktivlik nümayiş etdirildi. Azərbaycan nümunəsinə baxdıqda, hökumət rəqəmləri nə qədər şişirtsə də, real rəqəmlərə nə qədər kölgə salsa da, hökumətin özünün göstərdiyi rəsmi rəqəmlərdə aktivlik 40 faizdən o tərəfə keçmir. Ümumiyyətlə tərəflər arasında hər hansı bir çəkişmə də olmur. Siyasi partiyalar öz platformalarını təqdim edə bilmir, öz toplaşmaq azadlıqlarından istifadə edə bilmirlər. Bütün bu şərtlər onu göstərir ki, hazırlıqlar imkanları müqayisəyə gəlməz haldadır və Azərbaycanda bu imkanlar hər hansı bir irəliləyişə getmir. Beynəlxalq təşkilatlarda da hər zaman belə bir ənənə formalaşmışdı “irəliyə doğru bir addım”. Amma, neçə seçkidir bələdiyyə sahəsində irəliyə bir addım atılmır.

Amerikanın Səsi: Türkiyədə seçkilərin hazırlanması ilə Azərbaycanda seçkilərin hazırlanması arasında fərqi necə izah edərdiniz?

Bələdiyyə anlayışının özü status etibarı ilə Azərbaycan vətəndaşı üçün cazibədar deyil.

Akif Qurbanov: Seçkilərin hazırlanması prosesi bilavasitə həm qanunvericiliyə, həm də səlahiyyətlər bölgüsünə dayanan bir məsələdir. Yəni Türkiyədə bələdiyyələrin səlahiyyəti, yerli idarəetmədə özünün rolu, maliyyə muxtariyyəti (maliyyə infrastrukturunu idarəetmə imkanları) tamamilə fərqlidir. Burada bələdiyyələrin səlahiyyətindən tutmuş onun statusuna qədər, əldə edəcəyi immunitetə qədər bütün imkanlar Türkiyədə bələdiyyə instutuna ciddi cazibə yaradır. Eyni zamanda onun vətəndaşların probleminin həllində birbaşa böyük rolu vətəndaşları qabaqcıl qərb ölkələrinin nümunəsində olduğu kimi daha çox yerli özünüidarəetmə maraqlandırır. Yəni vətəndaş maraqlanmır ki, ölkədə nazir kimdir və yaxud prezident və baş nazir kimidr. Onu bələdiyyə başqanının kim olması çox maraqlandırır və onun biləvasitə üzləşdiyi problemlərdə bələdiyyənin rolu necə öz əkaini tapır. O nöqteyi-nəzərdən Azərbaycanda bu hazırlıqlar üçün bələdiyyənin statusuna, bələdiyyələrin maliyyə imkanlarına və eyni zamanda bələdiyyələrin səlahiyyətlərinə yenidən baxılmalıdır. Bələdiyyələrin səlahiyyətlətlərinin yerli icra hakimiyyətindən alınıb bələdiyyələrə verilməsi üçün heç bir addım atılmadığından bələdiyyə anlayışının özü status etibarı ilə Azərbaycan vətəndaşı üçün cazibədar deyil. İkinci bir baxımdan da burada hər hansı bir seçkidən və yaxud hər hansı bir yarışdan söhbət getmir. Bu bilavasitə yerli icra hakimiyyətinin tərtib etdiyi siyahı əsasında və mərkəzi icra hakimiyyəti tərəfindən təsdiq olunmuş bir formada seçildiyi üçün hər kəs sadəcə orada siyahıya necə düşmək haqqında fikirləşir. O da yalnlız bələdiyyə sədrləri üçün nəzərdə tutulan bir formadır. Digər üzvlər formal xarakter daşıyır. Səlahiyyət və maliyyə imkanları demək olar ki, yoxdur. Bu nöqteyi-nəzərdən çox təəəsüflər olsun ki, müqayisə edilmək imkanları çox məhduddur.

Qeyd: Azərbaycan hökuməti ölkədə bütün azadlıqların, o cümlədən seçki azadlığının tam təmin edildiyini, bütün seçkiləri azad və ədalətli keçirildiyini bəyan edir. Hökumət beynəlxalq və yerli tənqidləri qəbul etmir, qərəzli sayır.

Bununla yanaşı, betynəlxalq seçki institutları, o cümlədən ATƏT-in Demokratik Təsiatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçirlən seçkilərin "azad və demokratik" olduğunu tanımayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG