Accessibility links

Akrildən hazırlanan protez göz [Video]


Akrildən hazırlanan protez göz
please wait

No media source currently available

0:00 0:01:38 0:00

Alimlər deyir ki, bionik gözlər geniş yayılanadək, insanlar hələ də protez göz taxmaq stiqması ilə yaşamağa davam edəcək. Amma yüksək təlim keçmiş texniklər, yəni okularistlər adi gözlərdən fərqlənməyən protez göz hazırlaya bilir ki, bu da pasientlərin həyatlarını daha da gözəlləşdirir.

12 yaşlı Heyli Murun bir gözü tam inkişaf etməyib, ona görə də o, iki yaşından bəri protez taxır.

“Elə bil, gözümdə heç nə yoxdur. Normal göz kimidir”, Mur deyir.

Elə bir zaman gələcək ki, insanlar üçün kök hüceyrələri vasitəsilə əsl gözlər yetişdiriləcək
Cenni Gilen

Əvvəllər protez gözlər şüşədən hazırlanırdı, amma indi daha yüngül akrildən düzəldilir. Akril düşəndə qırılmır və spesifik formaya salına bilir.

Gözün arxasındakı xüsusi implantlar göz əzələsinə birləşdirilir və beləcə protez tərpənə bilir ki, bu da onu normal gözdən ayırd etməyi çətinləşdirir.

Göz yuvasının maketi hazırlanandan sonra, okularist süni gözü əsl gözə uyğunlaşdırır. Bütün detallar əl ilə çəkilir, çünki tamamilə uyğun protez insanların həyatlarını dəyişdirmək gücünə malikdir.

“Bu vəziyyət onların gündəlik həyatlarını, iş axtarışlarını çətinləşdirir. Bu səbəbdən də onlar cəmiyyətdən tədric olunurlar”, deyə okularist Cenni Gilen bildirir.

Avstraliyanın Pert şəhərində işləyən Gilen deyir ki, mükəmməl uyğunluğu əldə etmək üçün dörd il təlim keçmək mütləqdir. Okularistlər üçün kurslar olmadığı üçün isə, onlar öz biliklərini öyrənməyə həvəsi olan köməkçilərinə ötürürlər. Bu yaxınlarda Gilen Rvanda, Papua Yeni Qvineya və Nepaldan bir qrup okularistə təlim keçəcək.

Lakin texnologiya inkişaf etdiyi üçün, artıq gözün detallarını protezə digital şəkildə çap etmək mümkündür.

“Elə bir zaman gələcək ki, insanlar üçün kök hüceyrələri vasitəsilə əsl gözlər yetişdiriləcək”, Gilen deyir.

Lakin hələ ki, yaxın gələcəkdə bir çoxları üçün bu problemin ən yaxşı həll yolu elə süni gözlər olacaq.

XS
SM
MD
LG