Accessibility links

Avropada aksiyalar


Bu gün Avropada miqrant və qaçqın böhranı ilə bağlı aksiyalar keçirilib.

On minlərlə insan Londonda Britaniya hökumətinin mövqeyinə etiraz edib.

İnsan hüquqları müdafiəçiləri və siyasətçilərin də qatıldığı mitinq zamanı Avropa İttifaqına üzv ölkələrdən sığınacaq istəyən 500 mindən artıq qaçqına həmrəylik nümayiş etdirilib.

Etirazçılar əllərində “Sərhədləri açın” baş nazir Devid kameronu nəzərdə tutaraq “Qaçqınlar gəlsin, torilər çıxsın” sözləri yazılmış plakatlar qaldırıb.

Ötən həftə Kameron gələn 5 il ərzində 20 min suriyalı qaçqının qəbul ediləcəyinə söz verib.

Danimarkanın Kopenhagen şəhərində 30 min insan qaçqınlara dəstək məqsədi ilə küçələrə çıxıb.

Nümayişçilər “Qaqınlar, xoş gəldiniz” və “Avropa Suriyanın ən yaxın qonşusudur" kimi şüarlar səsləndirib.

İsveçin Stokholm şəhərində minlərlə insan hökumətin siyasətinə etiraz edib.

Polşanın paytaxtı Varşavada isə 5 minə yaxın insan miqrantlar əleyhinə mitinq keçirib. Onlar islam əleyhinə şüarlar bağırıb.

Digər tərəfdə isə minə yaxın adam Polşanı qaçqınlara qapılarını açmağa çağırıb.

XS
SM
MD
LG