Accessibility links

Musavatçı gənclər Cəmil Həsənliyə dəstək aksiyası keçirib


Musavat Partiyasi aksiya keçirib
Musavat Partiyasi aksiya keçirib

Aksiya zamanı 5 nəfər saxlanılsa da, sonradan onlar sərbəst buraxılıb

Bu gün Müsavat Gənclər Təşkilatının prezidentliyə namizəd Cəmil Həsənliyə qarşı təxribat törədilə biləcəyini düşünən bir qrup üzvü İTV-nin qarşısında Milli Şuranın vahid namizədinə dəstək aksiyası keçiriblər.

Bu barədə Amerikanın Səsinə Musavat başqanın gənclərlə iş üzrə müşaviri Rüfət Hacıbəyli bildirib.

Onun sözlərinə görə İTV qarşısında dəstək aksiyası keçirən zaman mülki geyimlilər və polis zorakılğı ilə üzləşiblər.

“Biz məlumat almışıq ki, təxribatçı qadınlardan ibarət bir qrup Cəmil bəyə təxribat törətməyə cəhd edəcək. Biz tələb etdik ki, namizədimizin təhlükəsizliyi təmin edilsin. Edə bilmirlərsə özümüz təhlükəsizliyi təmin edə biləcəyimizi bildirdik,” deyə R.Hacıbəyli bildirib.

Aksiya zamanı 5 nəfər saxlanılsa da, sonradan onlar sərbəst buraxılıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən hələlik şərh almaq mümkün olmayıb.
XS
SM
MD
LG