Accessibility links

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri aksiya keçiriblər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri aksiya keçiriblər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri aksiya keçiriblər
Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ali məktəbin həyətində semestr imtahanlarının yazılı aparılmasına etiraz ediblər.

Onlar imtahanların test üsulu ilə keçirilməsini tələb ediblər.

Tələbələr bildirib ki, bundan əvvəl testlə imtahan veriblər.Yazılı imtahan isə rüşvətə yol açır.

Ətrafda polis yoxdur, ancaq universitetin mühafizəçiləri var.

Tələbələrin qarşısında çıxış edən rektor Yusif Məmmədov hazırda imtahanın hansı formada keçirilməsi ilə bağlı qərar olmadığını deyib.

Bununla bağlı qərarın Təhsil Nazirliyi tərəfindən veriləcəyini deyən rektor əlavə edib ki, sabahdan başlayaraq tələbələrlə görüşlər keçiriləcək və bununla əlaqədar məsləhətləşmə aparılacaq.

Bundan sonra aksiya yekunlaşıb.
XS
SM
MD
LG