Accessibility links

Siyasi mühacirlər qohumlarından narahatdır


Siyasi mühacirlər Bonnda BMT-nin ofisi qarşısında aksiya keçirib
Siyasi mühacirlər Bonnda BMT-nin ofisi qarşısında aksiya keçirib

Avropada Azərbaycanda insan hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarında iştirak edən siyasi mühacirlərin qohumlarına ölkədə təzyiq göstərilir.

Bu barədə Bonnda BMT-nin ofisi qarşısında "Siyasi Məhbuslara Azadlıq" aksiyasının təşkilatçılarından biri, "Demokratiya naminə vətəndaş təşəbbüsləri" Birliyinin rəhbəri Sevinc İsgəndərovanın bəyanatında deyilir.

O qeyd edir ki, aksiyanın məqsədi BMT-nin diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına çəkmək olub.

Aksiya avqustun 29-da keçirilib, aksiyadan bir neçə ay keçməsinə baxmayaraq siyasi mühacirlərin qohumlarına təzyiq kəsilmək bilmir.

"Bir neçə gündür qardaşımı Beyləqan rayon polisi axtarır. Bir müddət əvvəl aksiya iştirakçısı Pərviz Abdullayevin qardaşı həbs edilib.

Bu günlərdə digər iştirakçılar Azər Kərimovun qardaşını və İsmayıl Əliyevin qaynını həbs ediblər.

Könül Əmirovanın atası işdən çıxarılıb. Digər aksiya iştirakçılarının qohumlarına təzyiq göstərilir", İsgəndərova yazır.

Qeyd edək ki, buna qədər Bakıda digər bir siyasi mühacir Orduxan Temirxanın, Berlindən yayımlanan Meydan TV-nin jurnalistlərinin və "Azadlıq" qəzetinin nühacirətdə olan baş redaktorunun və digərlərinin qohumları saxlanılıb.

Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə insanların qanun qarşısında bərabər olduğunu və siyasi yönümünə, fikirlərinə görə, həmçinin qohumluq əlaqələrinə görə insanların həbs edilmədiyini bildirir. Bununla yanaşı yerli hüquq müdafiəçiləri 150-dən çox insanı "siyasi məhbus" kimi tanıyır. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı isə ondan çox insanı "vicdan məhbusu" elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG