Accessibility links

Məcburi köçkünlər yolu bağlayıb [Video]


Məcburi köçkünklər etiraz edir
Məcburi köçkünklər etiraz edir

Dövlət komitəsi evlərin qanunvericiliyə uyğun olaraq növbəlilik əsasında paylanıldığını bildirib

Bakının Binqədi rayonu, Həmzə Babaşov küçəsində məskunlaşmış məcburi köçkünlər onlara verilməli olan evlərlə bağlı qanun pozuntusunun olmasına etiraz olaraq dekabrın 25-də aksiya keçirib.

Məcburi köçkünlər Cavadxan küçəsinin Milli Oftalmologiya Mərkəzinin qarşısından keçən hissəsində yolu bağlayıblar.

Etiraz edən məcburi köçkünlər evlərin verilməsində pul amilinin rol oynadığını, ev bölgüsündə ailə üzvlərinin sayının nəzərə alınmamasına narazılıqlarını bildirib.

Aksiya iştirakçılarından Nailə Şahverdiyeva deyib ki, qanuna görə, 2 nəfərdən ibarət ailə 1, 3 nəfərdən ibarət ailə 2, 5 nəfərlik ailə isə 3 otaqlı mənzillə təmin olunmalıdır.

"İndi yalnız bir otaqlı evlər qalıb. 5-6 nəfərlik ailəyə 1 otaqlı ev verirlər, prezidentə də deyirlər ki, evlə təmin etdik", şikayətçi bildirib.

Digər iştirakçılar da eyni məzmunlu narazılıqlarını bildiriblər. Onlar da "Qaçqınkom"un bölgü siyasətindən narazılıqlarını, imkanı olanların daha geniş mənzillərə sahib çıxdıqlarını bildiriblər.

Məcburi köçkünlərin aksiyası 1 saata yaxın davam edib.

Əraziyə Binəqədi rayon Polis İdarəsinin və çevik polis alayının əməkdaşları gətirilib. Polis rəsmiləri ilə danışıqlardan sonra etirazçılar yolu açıb.

Narazılara bildirilib ki, problemlə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumatlandırılıb. Lazımi addımların atılacağı vəd edildikdən sonra məcburi köçkünlər dağılışıblar.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi köçkünlər üçün nəzərdə tutulan evlərin qanunsuz yolla verilməsi barədə deyilənləri təkzib edib.

“Dövlət vəsaiti hesabına tikilən evlər növbəlilik əsasında, qanunvericiliyə uyğun olaraq paylanılır”, dövlət komitəsinin bir rəsmisi Amerikanın Səsinə bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG