Accessibility links

Almaniya hökuməti Azərbaycanlı mühacirlərin aksiyasına icazə verib


Demokratik Azərbaycanı Seç-DAS

Almaniya hökumətinin müvafiq qurumları "Demokratik Azərbaycanı Seç" (DAS) icyimai-siyasi təşkilatına Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri ilə bağlı avqustun 22-də onun iqamətgahının qarşısında aksiya keçirməyə icazə verib. Bu barədə DAS öz facebook səhifəsində məlumat yayıb.

Aksiya “Siyasi məhbuslara azadlıq!”, “Kürü diplomatiyasına yox!”, “İnsan hüquqlarını neft maraqlarına qurban verməyin!” şüarları ilə keçiriləcək.

Angela Merkel avqustun 23-25-də Cənubi Qafqaz ölkələrinə regional səfərə çıxacaq. A.Merkel avqustun 25-də Azərbaycana gələcək.

“Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatı 3 iyun 2018-ci ildə Almaniyada yaşayan bir qrup mühacir azərbaycanlılar tərəfindən təsis edilib.

DAS avqustun 22-də keçirəcəyi aksiyadan öncə xanım Merkelə müraciət ünvanlayıb.

“Aksiyada siyasi məhbusların qeyd-şərtsiz azad olunmalarını tələb edəcəyik. Eyni zamanda Azərbaycanın oliqarx məmurlarına qarşı sanksiyaların qoyulması, çirkli pulların yuyulmasında adları hallanan bəzi alman banklarının barəsində ölçü götürülməsi və diktator hakimiyyətlə əlaqələrə yenidən baxılması istəniləcək. “Maraqlara görə demokratiya və insan haqlarına qarşı hayqırıya son verin!”,- tələbi də şüarlarımızdan biridir”, qurumun rəsmi nümayəndəsi Cavid Cabbar qeyd edilir.

Müraciətdə xanım Merkeldən Almaniyanın beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində hər hansı bir formada yardımçı olması xahiş edilir.

“Biz Avropadan və xüsusən Almaniyadan ədalətli davranmağı, insan hüquq və azadlıqlarına hörmət etməyi, xalqını əzən, səfil gününə qoyaraq, dövlətin büdcəsini talayaraq ofşor ərazilərə daşıyan hakimiyyətlə əlaqələrin kəsilməsini tələb edirik. Demokratiya carçısı olan dövlətlər bizim bu tələbləri normal qarşılamalı və Azərbaycan rejiminə qarşı sərt davranmalıdır“, müraciətdə deyilir.

XS
SM
MD
LG