Accessibility links

Müsavat AKM Berlində aksiya keçirib


Müsavat AKM Berlində aksiya keçirib

Avqustun 18-də Berlin şəhərində Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) “Qarabağa azadlıq!”, “Diktaturaya yox!”, “Siyasi məhbuslara azadlıq!”, “Siyasi mühacirlərə təzyiqlərə son qoyulsun!” şüarları ilə aksiya keçirib.

Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putinin görüşünün keçirildiyi binanın önündə baş tutan aksiya işrikrakçıları Angela Merkelin İlham Əliyevlə avqustun 25-də Bakıda keçirəcəyi görüşlə əlaqədar müraciət ünvanlayıb. Xəbəri Müsavat AKM-in Mətbuat Xidməti yayıb.

“Biz Avropa ölkələrinə sığınmış azərbaycanlılar olaraq bu səfər öncəsi sizdən xahiş edirik ki, Azərbaycan pəhbəri İlham Əliyevlə görüş zamanı ondan beynəlxalq hüquq normalarına əməl etməsini, insan hüquq və azadlıqlarına hörmət etməsini, həbsdə olan bütün jurnalistlərin və siyasi məhbusların dərhal azad olunmasını, sərbəst toplaşmaq hüququnun bərpasını, müstəqil mətbuatın fəaliyyətinə izn verilməsini, siyasi mühacirlərə qarşı təqiblərə son qoyulmasını tələb edəsiniz”, müraciətdə qeyd edilir.

Almaniya kansleri Angela Merkel avqustun 23-25-də Cənubi Qafqaz ölkələrinə regional səfərə çıxacaq. Xanım Merkel avqustun 25-də Azərbaycana gələcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG