Accessibility links

Suriya fəalları: Rusiya ilə Suriya üsyançıları arasındakı danışıqlar nəticə vermir


Suriya fəallarının bildirdiyinə görə, Suriya üsyançıları ilə Rusiya arasında davam edən üsyançı Daraa quberniyasının taleyi ilə bağlı danışıqlarda heç bir irəliləyiş yoxdur.

Daraadan danışıqlara qatılan üsyançılar və mülki şəxslərdən ibarət Böhranların Nizamlanması qrupu bazar ertəsi günü Azad Suriya Ordusunun himayəsi altında çalışan müxtəlif üsyançı qruplar arasında fikir ayrılıqları səbəbi ilə danışıqlardan çıxmağı planlaşdırdığı ilə bağlı bəyanat yayıb.

Daraa əyalətində sərhəd kənarına patrul.
Daraa əyalətində sərhəd kənarına patrul.

Bəyanatda həmçinin rusların təqdim etdiyi şərtlərin "aşağılayıcı" olduğu bildirilib və bütün vətəndaşlar müharibəyə hazır olmağa çağırılıb.

“Biz hər kəsi silahlanmağa və azadlıq müharibəsinə aparacaq hərbi rəhbərliyin təyin olunduğunu bildirənə qədər mübarizə aparmağa çağırırıq”, bəyanatda deyilir:

Suriya hökuməti Dəməşq və şəhərin ətrafında üsyançılar tərəfindən təşkil edilən bütün anklavları nəzarət altına aldıqdan sonra öz diqqətini Suriyanın cənubuna yönəldib.

Daraaya hücum kampaniyası 19 iyun, Suriya hökumət qoşunlarının quruda, Rusiyanın döyüş təyyarələrinin isə iyunun 23-də hava hücumları ilə başlayıb.

Atəşkəs razılığı

2017-ci ilin iyul ayında İordaniya ABŞ və Rusiya silahlı qüvvələri arasında Suriyanın cənubunda atəşkəsin əldə edilməsində vasitəçilik edib. Bu razılıq nəticəsində Suriyanın cənubunda ötən aya qədər sabitlik hökm sürüb.

Suriya ilə İordaniya sərhədini qoruyan İordaniyalı hərbçi
Suriya ilə İordaniya sərhədini qoruyan İordaniyalı hərbçi

Daraa həmçinin 2017-ci ilin may ayında Türkiyə, İran və Rusiyanın imzaladığı de-eskalasiya (gərginliyin azaldılması) zonasına dair razılaşmaya daxildir.

İordaniya və İsrail humanitar yardım göstərməyə hazır olduqlarını, lakin sərhədlərini qaçqınlar üçün açmayacağını bildirib.

​Rusiyanın Suriyanın qərbindəki Latakiya qubernatorluğunda idarə etdiyi Hmeymim hərbi hava bazası öz Facebook kanalında Rusiyanın razılığa hələ də sadiq qaldığını iddia edib və hava hücumlarının yalnız atəşkəsi pozan üsyançı qrupları hədəf aldığını bildirib.

İordaniya və İsrail öz sərhədlərində başlayan yeni müharibəyə son qoymaq üçün siyasi səyləri artırır. Hər iki ölkə humanitar yardım göstərməyə hazır olduqlarını, lakin sərhədlərini qaçqınlar üçün açmayacağını bildirib.

İsrail ordusu Suriya ordusuna Golan Yüksəklikləri ilə sərhəddə məsafə saxlamaq üçün xəbərdarlıq edib və İsrailin qeyri-müdaxilə siyasətini davam etdirəcəyini əlavə edib.

İordaniya xarici işlər naziri Ayman Safadi bazar ertəsi günü Rusiyaya bu həftə səfəri çərçivəsində Suriyada vəziyyətini müzakirə etmək üçün Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini açıqlayıb.

"Mən cənab Lavrovla atəşkəsə nail olmaq və insanların öz torpaqlarında qalmaları və onlara humanitar yardım göstərilməsi ilə bağlı ciddi və səmimi bir müzakirəyə hazırlaşıram", Səfadi bazar ertəsi günü televiziyada elanında edib.

Minlərlə məcburi köçkün

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterreş şənbə günü bütün tərəfləri beynəlxalq humanitar razılaşmalara hörmət etməyə və döyüşlərin dayandırılması, vətəndaşlarnı müdafiəsi və onlara humanitar yardımın təhlükəsiz çatdırılmasını təmin etməyə çağırıb.

BMT-nin Qaçqınlar üzrə İordaniyada Ali Komissarının hesablamalarına görə, 270 min insan Suriyanın cənubunda müharibə nəticəsində qaçqın düşüb. Bu isə yeddi ildir müharibənin getdiyi ölkədə daha bir humanitar böhranın yaranmasına gətirib çıxarır.

Daraa vilayətini tərk edən Suriyalı qaçqınlar
Daraa vilayətini tərk edən Suriyalı qaçqınlar

Daraa şəhərindəki Ağ Dəbilqəlilərin üzvlərindən olan Abdulla Nassar Amerikanın Səsinə mülki əhalinin atəş və hava hücumlarından qaçmaq üçün İsrail sərhədinə yaxın ərazilərə üz tutduğunu deyib.

"Bəzi kəndlər məhv edilib, beynəlxalq ictimaiyyət qaçqınların iztirablarına laqeyddir, insanlar evlərini geridə qoyub ağacların altında yerdə yatırlar, deməyə bir söz qalmayıb", Abdulla Nassar bildirib.

XS
SM
MD
LG