Accessibility links

Kevin Speysiyə seksual qısnama ittihamı irəli sürülüb


Aktyor Kevin Speysi iki il bundan əvvəl Massaçusetts ştatındakı Nantuket adasında bir yeniyetməyə seksual qısnama etdiyinə görə cinayətə cəlb olunub.

Oskar qalibi olan aktyor seksual qısnama ittihamları ilə yanvar ayının yeddisində məhkəmə qarşısına çıxarılacaq.

Bazar ertəsi ittihamlar ictimailəşdikdən sonra Speysi ittihamlar barədə bir il susduqdan sonra sükutu pozaraq video bölüşərək etmədiyi bir işə görə məsuliyyət daşımayacağını deyib.

Speysinin bunu deməklə üzləşdiyi ittihamlara cavab verib-vermədiyi aydın deyil.

Speysinin həmçinin, Los Ancelesdə və Londonun Old Vic teatrında rejissor işlədiyi dövrdə seksual təcavüz halları ilə bağlı təhqiqatlar aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada amerikalı jurnalist saxlanıb
please wait

No media source currently available

0:00 0:09:40 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG