Accessibility links

İslam Məqribində Əl-Qaidə qrupu avropalı girovların göstərildiyi yeni video nümayiş etdirib


Şimali Afrikada fəaliyyət göstərən İslam Məqribində Əl-Qaidə qrupu fransız və hollandiyalı girovun göstərildiyi yeni video nümayiş etdirib. Videoda girovlar öz hökumətlərinə azad edilmələri üçün danışıqlara başlamaq haqda müraciət ediblər.

Video İslam Məqribində Əl-Qaidə qrupunun populyar cihadçı veb səhifəsində yerləşdirilib. Videodakı girovların hər birinin iki müxtəlif yerdə çəkildiyi göstərilir.

Birinci videoda artıq 3 ildir girov saxlanılan fransalı Serj Lazareviç fransız dilində etdiyi müraciətində çox xəstə olduğunu deyərək, Fransa prezidenti Fransua Ollanddan azad edilməsi üçün yardım etməsini xahiş edib. Videonun harada və ya nə zaman çəkildiyi barədə heç bir məlumat verilməyib.

Holland Sjak Riyke də eynilə, azad olunması üçün öz hökumətindən yardım xahiş edib. Girovların hər ikisi 2011-ci ildə Malidə oğurlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG