Accessibility links

Alabama ştatında mühüm seçki keçirilir


ABŞ-ın cənubi Alabama ştatında seçicilər növbəti senator seçəcək. Daha öncə bu vəzifəni hazırda baş prokuror vəzifəsində çalışan Ceff Seşşins icra edirdi.

Senatdakı yer uğrunda mübarizə cinsi qısnama ittihamları ilə üzləşən respublikaçı Roy Mur ilə keçmiş prokuror demokrat Doq Cons arasında gedir.

Hər iki namizəd bazar ertəsi ən son kampaniya çıxışlarını edib.

“Bu ölkədə çox sayda insan bu seçkini izləyir. Niyə, bilirsiniz? Çünki bu, prezident Donald Trampın qələbəsindən sonra keçirilən ilk Senat seçkisidir. Biz bilirik ki, Vaşinqtondakılar hərəkət etmir. Amma biz onların hərəkət etməsini istəyirik. Onlar hər şeyi olduğu kimi saxlamaq üçün çox miqdarda pul xərcləyir və heç bir dəyişiklik etmir”, Mur deyib.

Mur islahatçı olduğunu bir daha vurğulasa da, rəqibi deyir ki, onillər öncə gənc qızlara qarşı nalayiq hərəkətlər etdiyinə dair ittihamlar Muru Senatda xidmət göstərməyə yararsız namizəd edir.

“Alabama xalqının əksəriyyəti deyir ki, ‘artıq ləyaqətimizi siyasi partiyalardan üstün tutmaq vaxtıdır’,” deyə Cons bildirib.

Mur 30 yaşlarında ikən yeniyetmələr ilə nalayiq hərəkətlər etdiyinə dair ittihamları rədd edib.

Amma bu ittihamlar səs-küyə səbəb olub. Bəzi respublikaçı qanunvericilər Mura qalib gəlsə onu Senatdan qovacaqlarını deyib. Prezident isə onu dəstəkləyir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG