Accessibility links

Corc Kluni ilə Amal Alamuddinin toy mərasiminin xərcini qız evi ödəyəcək


Corc Kluni nişanlısı Amal Alamuddinlə evlənməyə hazırlaşır.

Toyun maraqlı keçəcəyinə şübhə yoxdur. Amma görəsən toyun pulunu kim verəcək. “Us” jurnalı yazır ki, Alamuddinin ailəsi Venesiya toyunun xərcinin böyük hissəsini ödəyəcək.

Kluni istedadlı aktyor olmaqla yanaşı həm də ağıllı, siyasətlə maraqlanan, zəngin insandır - həm də olduqca varlı. Bəs onda görəsən nəyə görə Kluni toyun xərcini özü ödəməsin. Us jurnalı yazır ki, Alamuddinin valideyinləri belə hallarda köhnə ənənələrə üstünlük verir. Və əlbət də ki, Amerika ən-ənəsinə görə toyun pulunu qız evi ödəməlidir.


Qeyd etmək lazımdır ki, Alamuddinə Kluninin pulu lazım deyil. O, özü kifayət qədər zəngindir. Yəqin ki, bu fakt Kluninin diqqətindən yayınmayıb. Amma Kluni toya cibi boş gəlmiyəcək. O özü ilə 50 qutu Casamigo tikilası gətirir. Ona görə də fərqi yoxdur toy neçəyə başa gəlir, və ya toyun pulunu kim ödəyəcək. Əsas odur ki, mərasim çox şən keçəcək.

XS
SM
MD
LG