Accessibility links

Albaniyada xilasetmə işləri dayandırılıb


Baş nazir Edi Rama şənbə günü bildirib ki, Albaniyada zələzələ nəticəsində sağ qalanların axtarışları və xilasetmə işləri dayandırılıb.

Ən çox tələfat Tuman şəhərində baş verib. Belə ki, orada çərşənbə axşamı baş verən zələzələ nəticəsində ölənlərin sayı 26-a çatıb, onlardan altısı bir ailənin üzvləri olub.


Paytaxt Tiranadan 30 kilometr qərbdə yerləşən Durres şəhərində 24 nəfər ölüb. Bundan əlavə Kurbində də bir nəfər ölüb.

6.4 bal gücündə zəlzələ və daha sonra baş verən yer titrəyişləri nəticəsində ümumilikdə yeddi uşaq daxil olmaqla 51 nəfər həyatını itirib, 900 nəfər xəsarət alıb. 5000-dən çox insan evsiz qalıb, 1200 bina dağılıb.

Seismoloq Rekshep Koçi Amerikanın Səsinə bildirib ki, daha çox yer titrəyişlərinin olacağı mümkündür, amma onlar daha zəif olacaq.

Qonşu ölkələr yardım edir

Avropa İttifaqı zəlzələdən dərhal sonra axtarış və xilasetmə işlərinə kömək məqsədilə xilasetmə heyəti göndərib. İndi isə Albaniya höküməti ekspertləri vurulan ziyanları dəyərləndirməyə çağırır.

Avropa İttifaqının Albaniyadakı nümayəndəsi Luigi Soreka cümə günü bildirib ki, Avropa İtiffaqı və üzv ölkələri Albaniyanı dəstəkləyir və “bu çətin zamanda” onları yardımla təmin etmək üçün fasiləsiz işləyir.

Axtarış və xilasetmə işlərində Albaniya, Kosovo, İtaliya, Yunanıstan, Monteneqro, Serbiya, Xorvatiya, Fransa, Türkiyə, İsveçrə, Rumıniya, Şimali Makedoniya, Aİ və Birləşmiş Ştatlardan 200-dən çox qoşun iştirak edib.

Qurbanların xatirələri anılıb

Tirana sakinləri şəhərin mərkəzində qurbanların xatirələrini anıb.

Çərşənbə günü Durres və Tumanda elan edilən fövqəladə vəziyyər Lak şəhərinə də şamil olunub. Baş nazir Rama deyib ki, o, müxalifət lideri Lulzim Başanın təklifindən sonra bu qərarı verib.

XS
SM
MD
LG