Accessibility links

Albaniyada zəlzələ: ölən və yaralananlar var


Albaniyanın paytaxtında çərşənbə axşamı güclü zəlzələ baş verib. Nəticədə azı 18 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi bildirib ki, zəlzələnin gücü 6.4 bal, episentri isə paytaxt Tirananın 30 kilometr şimal-qərbində olub.

Xilasedicilər dağılmış binaların qalıqları arasından sağ qalan insanları çıxarmağa çalışıb.

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, üç nəfərin cəsədi Durre şəhərində çökmüş binanın altında tapılıb.

Xilasedicilər digər iki nəfətin cəsədini Tuman kəndində dağılmış bir binanın altından çıxarıb. Bir nəfər isə Kurbində binadan atılaraq həyatını itirib.

XS
SM
MD
LG