Accessibility links

Albaniyada zəlzələdə ölənlərin sayı 27-ə çatıb


Albaniya
Albaniya

Albaniyada son 40 ildə baş verən ən güclü zəlzələ nəticəsində ölənlərin sayı çərşənbə günü 27-ə çatıb. Ölkədə çərşənbə matəm günü elan olunub.

Ölənlər arasında uşaqlar da var. Azı 12 nəfər sahilyanı Durres şəhərində, 14 nəfər Tumanda və ən azı 1 nəfər Kurbində həyatını itirib. Rəsmilər deyir ki, ölənlərin sayı arta bilər, çünki hələ bir neçə insan itkindir. Yüzlərlə yaralı xəstəxanalara çatdırılıb.

Hökümət ən çox ziyanın dəydiyi ərazilərdə fövqəladə vəziyyət elan edib. Xilasedicilər dağıntılar arasından insanları çıxarmağa davam edir.

ABŞ-ın Geoloji Araşdırmalara Mərkəzi zəlzələnin 6.4 bal gücündə olduğunu, episentrinin isə paytaxt Tirananın 30 kilometr şimal-qərbində olduğunu bildirib. İlk zəlzələdən üç saat sonra Adriatik dənizində 5 bal gücündə iki yer titrəyişi olub.

Durres və Tumanda bir neçə bina dağılıb.

Albaniyada zəlzələ
Albaniyada zəlzələ


Durresin prefekti Roland Nasto Amerikanın Səsinə bildirib ki, “xilasedicilər şəhərin doqquz nöqtəsində insanları axtarmağa davam edir”. O, ölənlərin sayının arta biləcəyini söyləyib.

Nasto daha sonra zəlzələnin vurğu ziyanları dəyərləndirmək üçün Tumana səfər edib.

“Biz sevdiklərimizin tez bir zamanda dağıntılar arasından çıxarılmasını istəyirik”- deyə, Tuman sakini bildirib.

Bir digər sakin deyib: Biz ölü və ya sağ qalan insanları axtarırıq. Biz binaların çökəcəyindən qorxduğumuz üçün binalara daxil olmaqdan çəkinirik”.

Prezident İlir Meta və müxalifət lideri Lulzim Başa da zəlzələnin olduğu yerləri ziyarət edib.

XS
SM
MD
LG