Accessibility links

Aleksander Petrov və Ruslan Boşirov qətlə cəhddə təqsirli tanınıb


Noviçok şübhəlisinin əslində Rusiya polkovniki Çepiqa olduğu bildirilir
please wait

No media source currently available

0:00 0:01:35 0:00

Britaniyanın araşdırmaçı jurnalistlərindən ibarət bir qrup Rusiyanın hərbi kəşfiyyat agentliyinin yüksək rütbəli üzvünün keçmiş rusiyalı casus və onun qızını Britaniyada öldürməyə cəhd etdiyini müəyyən edib.

Britaniya prokuroru iki Rusiya vətəndaşı-Aleksander Petrov və Ruslan Boşirovu mart ayında Salisburi şəhərində Noviçok sinir qazı ilə Sergey Skripal və onun qızı Yulyanı öldürməyə cəhddə təqsirli tanıyıb.

Bellingcat araşdırma veb səhifəsi çərşənbə günü yazıb ki, Boşirov əslində 2014-cü ildə Rusiya Federasiyasının Qəhrəmanı ordeni ilə təltif olunmuş polkovnik Anatoli Çepiqadır.

Britaniya rəsmiləri deyib ki, şübhəlilər insident baş verməzdən iki gün əvvəl Londonun Qatvik hava limanına gəlib.

Onların London otelindən Salisburi şəhərində cinayət baş vermis yerə gəlmələri təhlükəsizlik kameralarına düşüb və elə eyni günün axşamı hər iki şəxs Heathrow hava limanından Rusiyaya dönüb.

Boşirov və Petrov hücumu həyata keçirduiklərinə görə qiyabi olaraq mühakimə olunub.

Kreml tərəfindən maliyyələşdirilən RT televiziya kanalına müsahibəsində onlar Rusiyanın Baş Kəşfiyyat Agentliyinə çalışdıqlarını inkar edib və qida əlavələri biznesi ilə məşğul olduqlarını bildirib.

Skripal və onun qızının səhhəti indi normaldır. Lakin sinir qazının saxlandığı ətir qabına toxunan britaniyalı qadın ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG