Accessibility links

Aleksey Navalnı özü nəfəs ala bilir


Aleksey Navalnı
Aleksey Navalnı

Rusiya müxalifət lideri Aleksey Navalnı özü nəfəs ala bildiyini və “ümumilikdə” özünü əvvəlki kimi hiss etdiyini deyib. Onun sinir maddəsi ilə zəhərlənməsindən sonra müalicəsi hələ də davam edir.

Həkimləri isə bazar ertəsi onun qısa müddətə yatağından ayağa qalxa bildiyini bildiriblər.

“Mən hələ çox şey edə bilmirəm, amma dünən bütün günü özüm nəfəs ala bildim” – deyə, Navalnı sentyabrın 15-də bildirib.

“Ümumilikdə özümü daha normal hiss edirəm. Mənə heç bir kömək olmadı, boğazıma kiçik bir aparat belə taxılmadı,” o, Instagramda yerləşdirdiyi şəklinin altında yazıb.

Navalnının sözçüsü isə Twitterdə korrupsiya ilə mübarizə aparan fəal və Kremlin tənqidçisinin Almaniyadan Rusiyaya geri dönməyi planlaşdırdığını bildirib.

“Bir daha hər kəs üçün təsdiq edrəm ki, başqa heç bir seçim nəzərdən keçirilməyib,” Kira Yarmış yazıb.

Navalnı avqustun 20-də Tomsk şəhərindən Moskvaya uçarkən yolda xəsətələnib. Daha sonra o, həyat yoldaşının tələbi nəticəsində bir neçə gün sonra Almaniyada xəstəxanaya köçürülüb.

Həkimlər sentyabrın 7-də Navalnının süni komadan çıxarıblar və onun vəziyyətinin yaxşılaşdığını desələr də, “ciddi zəhərlənmənin” 44 yaşlı müxalifət liderinin sağlamlığına uzun-müddətli təsirlərinin olub-olmayacağının qeyri-müəyyən olduğunu bildiriblər.

Almaniya mütəxəssisləri bildirir ki, anti-korrupsiya fəalı və Kremlin tənqidçisi Sovet dövrünə aid Noviçok qrupundan olan hərbi sinir maddəsi ilə zəhərlənib. Bu hadisə Rusiyanın məsələ ilə bağlı təhqiqat aparmasına dair beynəlxalq çağırışlara səbəb olub.

Almaniya sentyabrın 14-də İsveçrə və Fransada iki ayrı laboratoriyanın Navalnının sinir maddəsi ilə zəhərləndiyini təsdiqlədiyini bildirib.

Lakin Rusiya rəsmiləri zəhərləndməyə dair dəlillərin olmadığını əsas gətirərək, cinayət istintaqı başlatmağı rədd edib.

Moskva sentyabrın 15-də Navalnının başına gələnləri müəyyən etməyə açıq olduğunu və onun sağalaraq Almaniyadan Rusiyaya geri dönməsini istədiyini vurğulayıb.

Ancaq Kremlin sözçüsü Dmitri Peskov əlavə edib ki, Moskva Navalnının tibbi nümunələrinin nə üçün Fransa və İsveç laboratoriyalarında sınaqdan keçirildiyi və onların nə üçün Rusiyaya göndərilmədiyini anlamır.

XS
SM
MD
LG