Accessibility links

Aleksey Navalnı təyyarə ilə Almaniyaya aparılıb


Zəhərləndiyi güman edilən və komada olan Rusiya dissidenti Aleksey Navalnını daşıyan təyyarə şənbə günü Berlinə enib. Orada Navalnı şəhərin əsas xəstəxanası olan Charité Clinic-də müalicə olunacaq.

Rusiya həkimləri daha öncə Navalnının Almaniyada müalicə olunması tələblərinə razılıq verdiklərini elan etmişdilər. Navalnının ailəsi onun bu həftənin əvvəli Sibirdə qəsdən zəhərləndiyini bildirir.

“Xəstənin vəziyyəti stabildir,” Navalnının süni komaya və nəfəs aparatına taxıldığı Omsk şəhərinin 1 nömrəli xəstəxanasının həkimi Anatoli Kaliniçenko cümə günü bildirib.”

“Bizə onun qohumlarından onun nəql edilməsinə dair tələb daxil olduğu üçün, biz onun başqa bir xəstəxanaya transfer edilməsinə etiraz etməməmək qərarı verdik,” o əlavə edib.

Almaniya polisi Berlində Charite xəstəxanasının önündə Navalnının gətirilməsini gözləyir.
Almaniya polisi Berlində Charite xəstəxanasının önündə Navalnının gətirilməsini gözləyir.

Kaliniçenko həmçinin bildirib ki, Navalnının ailəsi onun nəql edilməsini tələb etməklə “bütün məsuliyyəti” üzərinə götürüb.

Rusiya həkimləri daha öncə Navalnını tərpətməyin təhlükəli olduğuna qərara versələr də, ictimai narazılıqlar fonunda qərarlarını dəyişdirdilər.

Bu qərar Navalnının həyat yoldaşı Yuliya Navalnayanın onun nəqlinə imkan verilməsi üçün Rusiya prezidenti Vladimir Putinə onlayn şəkildə müraciət etməsindən sonraya təsadüf edib.

Navalnın tərəfdarları da tibbi evakuasiyasında hər hansı ləngimənin onun sağalmasını riskə atdığını və onun qəflətən xəstələnməsinə nəyin səbəb olduğunu müyyən etməyi çətinləşdirdiyini iddia ediblər.

Almaniyanın Cinema for Peace adlı humanitar təşkilatı Cinema for Peace-in icarəyə götürdüyü təyyarə cümə günü Omska gəlib. Təyyarədə gələn həkimlər Navalnının transfer edilə biləcəyini deyiblər. Bundan bir neçə saat sonra isə rus həkimlər də eyni qərara gəliblər.

Cinema for Peace təşkilatı daha öncə də Rusiyadan müəmmalı şəkildə xəstələnən dissidentləri evakuasiya edib.

Diaqnoz

Omskdakı Rusiya həkimləri cümə günü ilkin diaqnozlarında Navalnının cümə axşamı Sibirin Tomsk şəhərindən Moskvaya uçarkən huşunu itirməsinə qan şəkəri səviyyəsinin aşağı olması ilə əlaqəli “metabolik pozğunluğun” səbəb olduğunu demişdilər.

Rusiyanın başqa səhiyyə rəsmiləri onun dərisində və saçlarında sənaye kimyəvi maddəsinin aşkar olunduğunu elan ediblər.

Digərləri isə deyiblər ki, Navalnı o qədər təhlükəli maddəyə məruz qalıb ki, bu maddə başqalarna da təhlükə yaradır və bu səbəblə də onu nəql edən insanlar çox diqqətli olmalıdırlar.

Navalnının tərəfdaşları açıq şəkildə ona qarşı hökümətin dəstəyi ilə sui-qəsdin olunduğunu bildiriblər.

XS
SM
MD
LG