Accessibility links

Aleksey Navalnı saxlanılıb


Moskvada Rusiya müxalifət lideri Aleksey Navalnı evinin önündə polis tərəfindən saxlanılıb. Bu barədə Twitter hesabında məlumat verən onun mətbuat katibi Kira Yarşış bildirib ki, polis saxlanılma zamanı heç bir izahat verməyib.

Mətbuat katibinin sözlərinə görə, Daxili İşlər Nazirliyinin Danilovski idarəsinə aparılan Navalnı ilə əlaqə saxlamaq mümkün deyil.

Bu yaxınlarda Navalnı pensiya yaşının artırılması ilə bağlı 9 sentyabr tarixində nəzərdə tutulmuş seçki kampaniyaları günü etiraz aksiyasının keçirilməsi çağırışı edib. Etiraz aksiyası zamanı müxalifət lideri təklif edilən qanun layihəsinin ləğv edilməsi və bunu layihəni dəstəkləyən hər kəsin istefası tələbini təklif edir.

19 iyul tarixində Rusiyanın Dövlət Duması pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini ilk oxunuşdan qəbul edib. Bu qanun layihəsi qadınların pensiya yaşının 55-dən 63-ə, kişilərin isə 60-dan 65-ə qaldırılmasını nəzərdə tutur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG