Rusiya müxalifət lideri Aleksey Navalnının şəxsi həkimi deyib ki, Navalnının kimyəvi maddə ilə zəhərləndiyi ehtimalı var.
"Biz hansısa `üçüncü şəxs` vasitəsilə naməlum kimyəvi maddə ilə onun dərisi və selikli qişanın toksik zədələndiyini istisna edə bilmərik" – deyə, Anastasiya Vasilyeva xəstəxanada Navalnını ziyarət etdikdən sonra Facebook səhifəsində yazıb.
Navalnı bazar günü səhər rəsmilərin "ciddi allergiya" kimi təsvir etdiyi simptomlarla xəstəxanaya 30 günlük həbs cəzası çəkdiyi həbsxanadan aparılıb.
Aleksey Navalnının sözçüsü Kira Yarmuş müxalifət lideri və Kremlin ən kəskin tənqidçisinin xəstəxanaya üzü şişdiyinə, dərisində qızmizi ləkələr olduğuna və qaşındığına görə aparıldığını deyib. O əlavə edib ki, Navalnının "əvvəlllər heç vaxt allergiya problemi olmayıb".
Anastasiya Vasilyeva xəstəxanaya naməlum sağlamlıq problemi ilə gətirilərək müalicə olunan Navalnının bazar ertəsi səhər yenidən mühafizə altında həbsxanaya qaytarıldığını bildirib.