Accessibility links

Aleksey Navalnının həbsi ilə Rusiya müxalifəti qeyri-müəyyən gələcəklə üzləşib


Aleksey Navalnının həbsi ilə Rusiya müxalifəti qeyri-müəyyən gələcəklə üzləşib
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Yeni fromada dəstək jestləri... bu dəfə isə simvolikdir... Aleksey Navalnı üçün.
Bu ayın əvvəlində həbs olunduqdan sonra Rusiya hakimiyyəti müxalif siyasi xadimə qarşı təzyiqləri artırmağa davam edir .... Belə ki, Navalnı keçən həftə məhkəmədə yeni qanuni problemlərlə üzləşib. Elə eyni vaxtda onu dəstəkləmək üçün etirazlara çıxan minlərlə şəxs də qanuni problemlərlə qarşılaşır.

Belə ki, Moskava həbsxanasının qapılarında toplaşan insanlar arasında həbs olunanların çirkli şəraitdə saxlanması ilə bağlı hekayələr dolaşır. Onlardan xəbər almaq istəyən ailə üzvləri isə çaşqınlıq içindədir.

Həbs olunan etirazçılardan birinin həyat yoldaşı Anastasiya bildirir ki, “Heç bir məlumat ala bilmədim. Zəng edə bilərsən, amma sənə heç bir şey deməyəcəklər. Yalnız bu gün gecə yarısı müəyyənləşdirə bildim ki, o buradakı həbsxanada saxlanılır.

Nümayişçiləri küçələrdən kənarlaşdırmaq üçün hökumət qorxudan əsas taktika kimi istifadə edir. Necə ki, Sovet İttifaqı keçmiş siyasi müxaliflərə qarşı istifadə edirdi.

Keçmiş teatr inustraktoru Artyom Nazarov həbsini belə şərh edir. "Gözləyirdik ki, məhkəmə prossesimiz baş tutsun. Ona görə də məhkəmənin düz yanında mikroavtobusun içində gözləyirdik. Ve elə orada oxudum ki,işlədiyim qurumdan qovulmuşam".

Navalnının hakimiyyətin ən yüksək pillələrində olan şəxslərin korrupsioner əməllərini hədəfə alıb. Ona görə də asanlıqla Kremlinin diqqətini özünə çəkib.

Lakin analitiklər bildirir ki, Navalnının zəhərlənməsi və daha sonra Rusiyaya dramatik qayıdışı, eləcə də etirazlar Putinin 20 illik hakimiyyəti üçün elə də ciddi bir problem yaratmır.

Moskva Karneqi Mərkəzində Aleksandr Baunov bildirir ki, “Nəzəri baxımdan fövqəladə səviyyədə etirazlara səbəb ola biləcək böyük bir hadisədir. Hansı ki, etiraz dalğası yaratmalı idi. Lakin bu baş vermədi”.

Yenə də həbslərə və şiddətə qarşı dura biləcək minlərlə cəsartəli nümayişçilər var. Navalnının komandası bunu yüksəlməkdə olan bir hərəkat kimi görür.

Navalnını baş strateqi Leonid Volkov deyir ki, "İnsanların yalnız bir hissəsi küçələrə çıxmağa hazırdır, çünki bu dəhşətli dərəcədə qorxuludur. Lakin on milyonlarla insan onlara dəstək verir və simpatiya duyur. Bu bizim yaşadığımız yeni bir siyasi reallıqdır".


Ziyalılar isə əslində Rusiya şəhərlərinin mərkəzlərində dərin dəyişikliyin yaşandığını bildirir. Dövlət başçısı Putinin 90-cı illərin Post Sovet Rusiyasında verdiyi iqtisati stabillik mesajları artıq uzun zamandır mövcud reallıqda cəlbediciliyini itirib.

Moskva Universitetindən Natalya Zubareviç isə nəsillər arasındakı fikir fəqrliliyinə diqqət çəkir. "Nəsillər arasındakı dəyərlər anlayışında bir dəyişiklik var. Rusiyadakı gənclər üçün 1990-cı illər Napaleonun zamanları kimi bir şeydir. Onlar üçün fərq etmir, keçmişdə qalıb".

Bəziləri üçün Navalnı gələcəyin siyasətini təmsil edir. Lakin rəy sorğuları göstərir ki, iqtsiadi stabillik istəyən yaşlı ruslar hələ də Putini dəstəkləyir.

Hələlik isə Navalnının müttəfiqləri yazda yenidən başlamağı hədəfləyərək küçə mitiqnlərinə fasilə verməyi qərara alıb.

XS
SM
MD
LG