Accessibility links

Human Rights Watch Suriyanı ballistik raket hücumlarını dayandırmağa çağırır


Beynləxalq insan haqlarını müdafiə qrupu Human Rights Watch Suriya qüvvələrini yaşayış məntəqələrində ballistik raketlərdən istifadə edilməsinə son qoymağa çağırıb.

ABŞ-da qərargahlanan qrup bu il əsasən Hələb şəhəri və onun ətraf rayonlarında 215 mülkü vətəndaşın ölümünə səbəb olmuş doqquz ballistik raket hücumu ilə bağlı araşdırma aparır.

Hələb Suriyanın ən böyük şəhəridir və prezident Bəşar əl-Əsədlə onu hakimiyyətən devirmək istəyən üsyançılar arasında gedən vətəndaş müharibəsində strateji mövqelərdən biri hesab edilir.

Human Rights Watch hücumların yeddisinin hərbi hədəflərin olmadığı yerlərdə keçirildiyi və mülkü vətəndaşlar arasında çox sayda təlafata səbəb olduğunu deyib.

Qrup ballistik raketlərdən istifadəni qınayaraq, bölgədə döyüşçülərin olması ehtimalına baxmayaraq, bu silah növünün dəqiq mövqeləri hədəf almağa qadir olmadığı deyib.
XS
SM
MD
LG