Accessibility links

Əlcəzairin şimalındakı meşə yanğınları azı 26 nəfərin ölümünə səbəb olub


Daxili İşlər Nazirliyi çərşənbə günü Əlcəzairin şimalında 14 rayonu əhatə edən meşə yanğınlarında ən azı 26 nəfərin öldüyünü və onlarla insanın yaralandığını bildirib.

Kamil Belcud dövlət televiziyasına bildirib ki, Tunislə sərhədə yaxın Əl-Tarfda baş verən yanğınlarda 24 nəfər, daha əvvəl Setifdə isə iki nəfər həlak olub.

Setifdəki Mülki Müdafiə Agentliyi “58 yaşlı ana və 31 yaşlı qızı” olmaqla, şəhərdə iki qadının öldüyünü deyib.

Əlcəzairin şərqdə, Tunislə sərhəd yaxınlığındakı Souk Ahrasa yanğınsöndürmə vertolyotları gəlməzdən əvvəl yanğınlar yayıldığı üçün insanların evlərini tərk etdiyini görmək olub.

Rəsmilərin bildirdiyinə görə, Souk Ahrasda 4 nəfər yanıq xəsarəti alıb, 41 nəfərin isə nəfəs sistemində çətinlik olub. Media 350 sakinin təxliyə edildiyini bildirib.

Digər ərazilərdə baş verən yanğınlarda xəsarət alanların sayı ilə bağlı məlumat verilməyib.

Polis yanğınlar səbəbindən bir neçə yolu bağlayıb.

“14 vilayətdə [inzibati şurada] 39 yanğın davam edir” deyən Mülki Müdafiə Agentliyi, ən çox zərərin Əl-Tarfda olduğunu və orada 16 yanğının davam etdiyini qeyd edib.

Avqustun əvvəlindən Əlcəzairdə 106 yanğın baş verib, 2500 hektardan çox meşə sahəsi məhv olub.

Belcud bildirib bəzi yanğınların insanlar tərəfindən törədildiyini deyib.

Çərşənbə günü ölənlərin sayı bu yay meşə yanğınlarında ölənlərin ümumi sayını 30-a çatdırıb.

Keçən il Əlcəzairin şimalında 100 min hektardan çox meşə sahəsini məhv edən yanğınlarda az 90 nəfər ölüb.

XS
SM
MD
LG