Accessibility links

Ali Məhkəmə Əbülfəz Bünyadovun şikayətini təmin etməyib


Əbülfəz Bünyadov məhkəmdən aparılarkən
Əbülfəz Bünyadov məhkəmdən aparılarkən

İyunun 12-də Azərbaycan Ali Məhkəməsi Nardaran hadisələri ilə əlaqədar mühakimə olunan Əbülfəz Bünyadovun kassasiya şikayətini təmin etməyib.

Bünyadov barəsində olan cinayət işi ilə bağlı apellyasiya məhkəməsinin qəraraının ləğv edilməsini və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.

İşə baxılması ərəfəsində bir qrup hüquq müdafiəçisi, fəal və ziyalıların nümayəndəsi ölkə rəhbərliyinə müraciət edərək Bünyadovun vəziyyətinin ağır olması - əl-ayaq iflici, hepatit C, bağırsaq infeksiyası ilə əlaqədar azadlığa buraxılmasına yardımçı olmağı xahiş edib.

2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı Əbülfəz Bünyadovun aldığı güllə yarası onurğasını zədələyib. Yataq xəstəsi olmasına baxmayaraq, onu bir neçə ay həbsdə saxlayıblar.

Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Lakin məhkəmə onu konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, terrorizm və başqa ittihamlarla 15 il azadlıqdan məhrum edib və o məhkəmə zalında yenidən .həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG