Accessibility links

Ali Məhkəmə AXCP fəalı ilə bağlı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib


Paşa Umudov

Bu gün, dekabrın 16-da Azərbaycan Ali Məhkəməsi hakim İlkin Fərəcovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, bu partiyanın sədri Əli Kərimlinin sürücüsü olmuş Paşa Umudovla bağlı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. Ali Məhkəmə Nərimanov rayon Məhkəməsinin qərarından verilən şikayətin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarıb.

Bu barədə vəkil Zübeydə Sadıqova bildirib.

Vəkil deyib ki, Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib.

“Mən kassasiya şikayətində Paşa Umudova bəraət istəmişdim. Çünki narkotik ittihamının onun həbsinə aidiyyatı yoxdur,” vəkil qeyd edib.

Hüquq müdafiəçisi Zəfər Əhmədov ümid edir ki, Apellyasiya Məhkəməsi cəzanı yüngülləşdirər, ittihamı dəyişə bilər.

“Belə qərar olarsa Paşa Umudov amnistiyaya düşə bilər. Amma, buna inamım yoxdur. Sadəcə vaxtı uzatmaq istəyirlər,” o qeyd edib.

Paşa Umudov 2019-cu il oktyabrın 19-da Milli Şuranın keçirdiyi mitinqdən öncə, oktyabrın 16-da həbs edilib. O, Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham olunub.

2020-ci il avqustun 7-də Bakının Nərimanov rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədrliyi ilə Paşa Umudovu 4 il 6 ay həbsə məhkum edib.

2020-ci il oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsi hakim Elmar Rəhimovun sədrliyi ilə Nərimanov rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Paşa Umudov məhkəmədə özünü təqsirli bilmədiyini deyib və məhkəmənin hökmünü siyasi sifariş adlandırıb.

AXCP bəyan edib ki, Umudov siyasi fəaliyyətinə, o cümlədən Əli Kərimlinin sürücüsü olduğuna görə həbs olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG