Accessibility links

Ali Məhkəmə müxalifət fəalının cəzasını 3 ilə endirib


Orxan Baxışlı qərarla razı deyil və Avropa Məhkəməsinə şikayət edəcəyini bildirib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Orxan Baxışlının həbs cəzası 6 ildən 3 ilə endirilib. Bu barədə Ali Məhkəmə iyunun 4-də qərar çıxarıb.

Gənc fəala qarşı narkotik maddənin satış məqsədilə saxlanması ittihamı dəyişdirilib.

Anası Kəmalə Rəhimli bildirib ki, Orxan Baxışlı Ali Məhkəmənin qərarı ilə razı deyil, Avropa Məhkəməsinə şikayət edəcək.

Orxan Baxışlı 2018-cil mayın 6-da saxlanılıb, polis onun üzərindən 6 qram heroin aşkar edildiyini bildirib. Fəal ittihamları təkzib edib, narkotikin onun üzərinə saxlanıldığı zaman qoyulduğunu bildirib. Sentyabrın 18-də məhkəmə Baxışlını 6 il müddətinə azadlıqdan məhrum edib.

Həbsindən bir neçə gün əvvəl - mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qəbri başında Orxan Baxışlı jurnalistin qətlində ölkə hakimiyyətini günahlandırıb.

Hüquq müdafiəçiləri Baxışlını siyasi məhbus kimi tanıyıb.

XS
SM
MD
LG