Accessibility links

Ali Məhkəmə Trampın transgender hərbi qulluqçularla bağlı qərarını dəstəkləyib


ABŞ Ali Məhkəməsi bildirir ki, Tramp administrasiyası transgender qadın və kişilərin hərbi xidmətini məhdudlaşdıra bilər.

Məhkəmənin qərarı Pentaqona gender dəyişikliyi edən insanları hərbi xidmətə qəbul etməməyə icazə verir.

"Mən ölkəm üçün etdiyim şeylərə görə fərəhlənirəm və gördüyüm işləri nümayiş etdirən formanı geyinmək istəyirəm. Amma mən hələ də kişi forması geyinirəm. Yəni mənim bu forma ilə bağlı qarışıq hisslərim var. Belə ki, onu geyindiyimə görə fəxr edirəm, eyni zamanda isə ümid edirəm ki, bir daha onu geyinməyəcəm, çünki bu pencək mənim cinsimi əks etdirmir" - deyə, ABŞ ordusunun kapitanı Cennifer Sims bildirib.

Tramp administrasiyası deyib ki, bu məhdudiyyətlər ordu sıralarında transgender insanların olmasının “böyük tibbi xərcləri” səbəbilə zəruridir.

Obama administrasiyası transgender insanların orduda xidmət göstərmələrinə tətbiq olunan qadağaya son qoyaraq, onların açıq şəkildə ordu xidmətinə yazılmalarına icazə verib.

XS
SM
MD
LG