Accessibility links

Ali Məhkəmənin növbəti hakimi ilə bağlı debatlarda ən çox müzakirə olunacaq üç məsələ


ABŞ Prezidenti Donald Trampın mərhum Ali Məhkəmə hakimi Rut Beyder Ginsburqun yerinə təyin edəcəyi yeni hakim həm mühafizəkarlar həm də liberalları çox maraqlandırır.

Tramp şənbə günü Ali Məhkəmənin ən liberal üzvü olan Ginsburqun yerinə mühafizəkar qadın hakimi nominasiya edəcəyinə söz verib. Trampın nominasiya edəcəyi şəxslə birlikdə məhkəmədə mühafizəkarlar 6-3 fərqlə çoxluq əldə edəcəklər və bunun milyonlarla amekalı üçün mühüm nəticələri olan məsələrlə bağlı qərarların verilməsində böyük rol oynayacaq.

Bu məsələlər arasında milyonlarla amerikalını sağlamlıq sığortası ilə təmin edən Prezident Obama dövrünə aid Obamacare kimi tanınan Əlverişli Sığorta Aktı, abort haqları və LGBTQ icmasının iqtisadi və sosial təminatları daxildir.

Ali Məhkəmə yaxın illərdə Obamacare-ı ləğv etmək və abort hüquqlarını məhdudlaşdırmaq cəhdlərinin qarşısını alıb və LGBTQ insanlarının hüquqlarını genişləndirib.

Lakin liberal qüvvələrinin alqışladığı bu nəticələr cüzi səs fərqləri ilə əldə olunub. Doqquz hakimlik ali məhkəməyə altıncı mühafizəkarın təyin olunması ilə güc balansı mühafizəkarlar qüvvələrinxeyrinə olacaq.

Rut Beyder Ginsburq
Rut Beyder Ginsburq

Senatda keçiriləcək təsdiq dinləməsində bu məsələlərin müzakirə olunacağı gözlənilir. Lakin potensial namizəd (bu, ABŞ-ın Çikaqoda yerləşən 7-ci Dairə üzrə Apellyasiya Məhkəməsinin federal hakimi Emi Kuni Barret, Atlantada yerləşən ABŞ-ın 11-ci Dairə üzrə Apellyasiya Məhkəməsinin hakimi Barbara Laqoa və ya Riçmondda yerləşən ABŞ-ın 4-cü Dairə üzrə Apellyasiya Məhkəməsinin hakimi Allison Cons Raşinq və ya başqa biri ola bilər) çox güman ki, bu məsələrlə bağlı fikirlərini bildirməkdən imtina edəcək.

“Ona Obamacare və ya Ro və buna bənzər məsələr haqda sual versələr o ‘mən nəzərdən keçirməli ola biləcəyim məsələləri müzakirə edə bilmərəm’ deyəcək” – Barretti tanıyan Virciniya Universitetinin hüquq üzrə professoru Saikrişna Prakaş bildirir.

Ali Məhkəmənin növbəti hakimi ilə bağlı debatlarda müzakirə olunacaq məsələlər:

Obamacare

Obamacare kimi tanınan Əlverişli Sığorta Aktının qüvvəyə minməsindən on il keçməsinə baxmayaraq insanlar hələ də qanunla bağlı fikir ayrılığı yaşayır. Rəy sorğularına əsasən, insanların yalnız 50 faizi onu dəstəkləyir. Konqresin 2010-cu ilin martında az səs fərqi ilə qəbul etdiyi bu qanun sığortası olmayan 20 milyon amerikalıya subsidiyalı sağlamlıq sığortası almağa imkan verir. Lakin mühafizəkarlar qanunun məcburi müddəalarına etiraz edir və sistemin maliyyə baxımından davamlı olmadığını deyir.

Obamacare yarandığı gündən bəri bir neçə dəfə məhkəməyə verilib. Bu işlərdən ikisi hətta Ali Məhkəməyə qədər çatıb. Noyabrın 10-da, yəni 2020 prezident seçkisindən bir həftə sonra Ali Məhkəmədə Texasın başçılığı ilə 20 ştatın irəli sürdüyü iddiaya baxış olacaq.

Ştatlar iddia edir ki, Konqres 2017-ci ildə sığortası olmayan insanlar üçün vergi cərimələrini ləğv edəndən sonra hər kəsin sığorta almaq məcburiyyəti qeyri-konstitusion elan edilib və onlar bu qanunun tamamilə ləğv olunmasını istəyir.

Ali Məhkəməyə çatan son iki işdə Ginsburq və məhkəmənin digər üç liberal hakimi mühazifəkar baş hakim Robertslə birlikdə qanunun qorunub saxlanmasına qərar verdi.

Yeni mühafizəkar hakimin Obamacare-in tamamilə ləğv olunmasına səs verib-verməyəcəyi bəlli deyil.

Abort haqları

Abortdan daha mübahisəli çox az məsələ vardır. Abort tərəfdarları bunu reproduktiv hüquq olaraq görür, dini mühafizəkarlar isə abortun qətlə bərabər olduğunu deyirlər.

Ali Məhkəmə abortu 1973-cü ildə Roe v. Wade kimi tanınan məşhur məhkəmə işi nəticəsində abortu qanuniləşdirəndən sonra mühafizəkarlar onu tədricən aradan qaldırmağın və ya ləğv etməyə çalışıblar.

Lakin Ali Məhkəmə illər boyu presedenti qoruyub saxlayıb və hər zaman qərarverici səsi təqaüdə çıxmış hakim Antoni Kennedi verib. Bu il isə abort əleyhdarı olan Roberts liberal hakimlərə qoşularaq abortlara çıxışı kəskin şəkildə məhdudlaşdıran Luziana qanunu ləğv edib.

İndi isə məhkəmədə altıncı mühafizəkar hakimin olacağı gözlənildiyi və ondan çox abortla bağlı məhkəmə işinin olduğu üçün mühazifəkar anti-abort fəallar qələbə çalacaqlarına ümid edir.

Nil Qorsaç və Bret Kavano
Nil Qorsaç və Bret Kavano

Tramp prezidentliyi dövründə Ali Məhkəməyə iki mühafizəkar təyin edib. Bunlar Nil Qorsaç və Brett Kavanodur və onların ikisinin də abort əleyhinə olan qüvvələri dəstəyəcəkləri gözlənilir.

LGBTQ haqları

ABŞ Ali Məhkəməsi son bir neçə ildə LGBTQ haqları ilə bağlı bir neçə mühüm qərar qəbul edib. Bu qanunların ən mühümü isə 2015-ci ildə geylərin nikahlarının qanuniləşdirilməsi oldu.

Lakin eyni zamanda məhkəmə dini azadlıqlarla LGBTQ haqları arasında aparılan işlərdə dini qrupları dəstəkləyib. 2018-ci ildə hakimlər dini səbəbdən geylərin toyu üçün tort bişirməkdən imtina edən koloradolu tort bişirənin lehinə qərar verib.

Şərhlərə bax

XS
SM
MD
LG