Accessibility links

Ali Məhkəməyə namizəd Brett Kavanonun təsdiq dinləmələri başlayır


Çərşənbə axşamı prezident Donald Trampın Ali Məhkəməyə nominasiya etdiyi namizədin Senatda təsdiq dinləmələri başlayacaq.

Federal hakim Brett Kavano onun abort, gey haqları və prezidentin səlahiyyəti ilə bağlı mövqeyi də daxil omaqla bir sıra məsələ ilə bağlı sorğu-sual ediləcək.

Ağ Ev Senatın 53 yaşlı Kavanonu doqquz üzvlük Ali Məhkəməyə namizədliyini sentyabrda təsdiq edəcəyinə ümid edir, çünki beləcə məhkəmə oktyabrın 1-də yay tətilindən sonra yenidən işə başladığında Kavano artıq vəzifəsinin icrasına başlaya biləcək. Təsdiq olunsa Kavano təqaüdə çıxan hakim Antoni Kennedini əvəzləyəcək.

Demokratlar Kavanonu prezident Trampa bağlı və Ali Məhkəmədə mühafizəkar qərarlar verəcək bir insan olaraq təsvir etməyə çalışacaq. Respublikaçıların isə onu müstəqil düşüncəli, prinsipləri olan bir hakim kimi təqdim edəcəkləri gözlənilir.

Əgər 51 respublikaçının hər biri Kavanonu dəstəkləsə, o, Ali Məhkəmənin 114-cü hakimi olacaq. Demokratların böyük əksəriyyətinin Kavanonun nominasiyasının əleyhinə səs verəcəkləri gözlənilir.

XS
SM
MD
LG