Accessibility links

ABŞ-ın Ali Məhkəməsində Trampın səyahət qadağası ilə bağlı dinləmə keçirilir


ABŞ-ın Ali Məhkəməsi belə görünür prezident Donald Trampın İran, Liviya, Şimali Koreya, Suriya, Venesuela, Somali və Yəmən kimi ölkələrdən vətəndaşların Birləşmiş Ştatlara səfərlərinə qadağasının saxlanmasına tərəfdardır.

Çərşənbə günü məhkəmədə keçirilən dinləmələr zamanı baş hakim Con Roberts və hakim Antoni Kennedi, hər ikisi siyasətin davam etdirilməsinə dəstək verdiklərinə işarə edib. Məhkəmənin iddiaçıların xeyrinə qərar çıxarması üçün onlardan birinin səsi lazımdır.

Hakimiyyətə gəldikdən bəri Trampın səyahət qadağası ilə bağlı üç sərəncam imzalayıb. Bunlardan birinci ikisi müvəqqəti xarakter daşıyırdı. Hazırkı sərəncamın isə müddəti yoxdur.

Keçən il ərzində səyahət qadağası adlanan sərəncamla bağlı Amerika məhkəmələrində bir neçə dəfə iddia qaldırılıb. Mühacirət tərəfdarları qadağanın əsas etibarilə müsəlman əhalisi olan ölkələrə tətbiq edildiyini bildirərək, onun qanunuliyini sual edib.

Məsələ ilə bağlı üç iddiaçı olan Havay adaları. Havay adalarının Müsəlman Assosiaiyası və üç nəfər ayrı-ayrı şəxsin qadağanın müsəlman icmasına qarşı yönələrək, ayrı-seçkiliyə yol verdiyini və prezidentin mühacirətlə bağlı səlahiyyətlərini aşdığı ilə bağlı iddia qaldıracağı gözlənilir.

ABŞ prokurorları isə prezidentin mühacirət məsələlərində səlahiyyəti olduğunu iddia edəcəklər. Dinləmədən əvvəl ABŞ-ın baş prokuroru Ceff Seşşins açıqladığı bəyanatında bildirib: “Prezident Tramp səfər qadağasının Amerika xalqı üçün əhəmiyyət daşıdığına əmindir. Biz bu gün Ali Məhkəmədə sərəncamın qanuniliyini müdafiə edəcəyimizi gözləyirik.”

XS
SM
MD
LG