Accessibility links

Əli Xamneyi: Məqsəd problemləri həll edəcək ən bacarıqlı şəxsi prezident seçməkdir


İran İslam Respublikasının ali dini lideri Ayətulla Seyid Əli Xamneyi hesab edir ki, İran seçkiləri qlobal miqyasda önəmli məsələyə çevrilib və yüksək marağa səbəb olmaqdadır. Onun sözlərinə görə dünyada söz sahibi olan ölkələr seçki prosesini yaxından izləyir və planlarını hadisələrə uyğun qururlar.

İmam Xameneyi dünən İranın müxtəlif vilayətlərindən seçiciləri qəbul edib və onları əmin edib ki, İran xalqının başlıca məqsədi ölkəni inkişafa aparacaq, müstəqilliyini daha da möhkəmləndirəcək, əhalinin rifah halını daha da yaxşılaşdıracaq, problemləri həll edəcək ən bacarıqlı şəxsi prezident seçməkdir.

O habelə bildirib ki, seçkidə iştiraklar seçicilər düşmənlərin planlarına qarşı təhlükəsizliyi gücləndirə bilər.

Bu arada dünən habelə ABŞ İranı azad və ədalətli seçki keçirməyə çağırıb.

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Vendi Şörman Senatın siyasi əlaqələr üzrə komitəsində çıxışı zamanı qeyd edib ki, ABŞ bu seçkidə heç kimin tərəfini saxlamayacaq və qərarı İran xalqının özü verəcək.

Qeyd edək ki, İranda prezident seçkisi iyunun 14-də keçiriləcək.

XS
SM
MD
LG