Accessibility links

Həbsdə saxlanan azərbaycanlı jurnalistin taleyi bəlli deyil


Əli Fərdi Şəkərab
Əli Fərdi Şəkərab

Əli Fərdi Şəkərabın konkret nədə günahlandırıldığı və harada saxlandığı bilinmir

Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə bir neçə həftə əvvəl tutulan muğanlı jurnalist Əli Fərdi Şəkərabın taleyi naməlumdur. Əli Fərdi Şəkərabın konkret nədə günahlandırıldığı və harada saxlandığı bilinmir.

“Media forum” saytının məlumatına görə, “Yaşıl Muğan” həftəlik jurnalının baş redaktoru tutulmazdan əvvəl həmin nəşrdə ölkə rəsmilərini tənqid edib. O, yazılarında İrandakı etnik qrupların ana dillərinin rəsmiləşdirilməsinin, o sıradan Azərbaycan əyalətlərindəki məktəblərdə təhsilin ana dilində aparılmasına şərait yaradılmasının vacib olduğunu vurğulayıb.
XS
SM
MD
LG