Accessibility links

Əli Kərimli: Mitinqlərin qarşısını belə çirkin üsullarla alacağınıza heç ümid etməyin


Əli Kərimli
Əli Kərimli

“Mitinqlərin qarşısını belə çirkin üsullarla alacağınıza heç ümid etməyin. Bu xalq bir qrup ictimai-siyasi fəaldan, 2-3 real müxalifət təşkilatından ibarət deyil. İnşallah, tezliklə xalqımız dinc mitinqlər üçün meydanlara axışıb, bütün planlarınızı pozacaq”.

Bu barədə AXCP sədri Əli Kərimli avqustun 15-də bir sıra yerli saytlarda onu Fətulla Gülənlə birlikdə dövlət çevrilişinə cəhddə günahlandıran məqaləyə cavabında bildirib.

Xatırladaq ki, həbsdə olan "Müsəlman Birliyi" Hərəkatının lideri Tale Bağırzadə isə bir neçə gün öncə məhkəmədə bildirib ki, ondan AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənlinin dövlət çevrilişinə cəhddə iştirakı ilə bağlı ifadə almağa cəhd ediblər.

Əli Kərimli facebook səhifəsində yazıb:

Ötən ilin sonlarında bunların muzdlu yazarları məni İranın ali dini rəhbəri Xamneyi ilə birlikdə şiələrin əlilə dövlət çevrilişinə cəhddə ittiham edirdilər, indi də Fətullah Gülənlə birlikdə sünnilərin əlilə dövlət çevrilişinə cəhddə ittiham edirlər. Əvvəllər də belə axmaq işlər görüblər. 2011-ci ildə aprel mitinqləri ərəfəsində də radikal sünni təşkilatı olan Əl-Qaidə və və radikal şiə təşkilatı Hizbullahla eyni vaxtda “işlədiyimi” iddia etmişdilər. Sizcə, bunların başlarını istimi xarab edib, yoxsa mənmi xarab etmişəm? Bu qədər absurdu nə məqsədlə edirlər?

Çox güman ki, hakimiyyət Türkiyədə 15 iyul gecəsi dövlət çevrilişinə cəhd zamanı susqun qalmağının, Türkiyənin xalq tərəfindən seçilmiş, qanuni hakimiyyətinə vaxtında dəstək verməməyin kompleksini yaşayır. Həmin gecə, hadisələrin ən gərgin məqamında, onlar ağızlarına su alıb susduqları zaman mənim hərbi çevrilişə qarşı vaxtında və birmənalı mövqe bildirməyimi həzm edə bilmirlər. Və “sən özün axmaqsan” məntiqilə növbəti dəfə mənim üzərimə çirkab atırlar. Digər tərəfdən də Nardaran əməliyyatlarının ifşasından çox pərt olublar - yalanları ayaq tutsa da, yeriməyib. Üstəlik, qabaqdan gələn referendumla bağlı Milli Şura olaraq artıq mitinqlərin anonsunu vermişik. Mitinqlərdən çox narahatdırlar. Son həbslər də mitinqlər ərəfəsi cəmiyyətdə qorxunu artırmağa hesablanıb. Bütün bu narahatlıqlar hamısı ona səbəb olub ki, yenə də gözlərini yumub, ağızlarını açıblar. Şər-böhtan sel kimi axır.

Kimdir sizin bu cəfəngiyyatınıza inanan? Türkiyə hökumətimi? Siz onları sadəlövhmü sayırsınız? Onlar bilmirmi ki, Gülən şəbəkəsini bu gün də qoruyub saxlayan, himayə edən sizlərsiniz? Onlar ən ağır zamanlarında qanuni hakimiyyətə dəstək verənlərlə, ağzına su alıb,15 saat ərzində səssizcə kimin qalib gələcəyini gözləyənlə arasındakı fərqi görə bilmirlər? Dünya ictimaiyyətinimi aldadacaqsınız? Zatən, sizi ən yaxşı onlar tanıyır. Dünyanın ən nəhəng korrupsionerlərinin sizlər olduğunu, rəqibləri şərləmək üçün hər cür böhtana hazır olduğunuzu onlardan yaxşı kim bilir? Azərbaycan xalqını aldada biləcəyinizdən isə heç söhbət gedə bilməz. Xalq sizin şər-böhtanlarınıza çoxdan inanmır, zatən, inanmış olsaydı, indi məni heç kim dəstəkləməzdi, siz də nəhayət, qorxudan çıxardınız. Mitinqlərin qarşısını belə çirkin üsullarla alacağınıza heç ümid etməyin. Bu xalq bir qrup ictimai-siyasi fəaldan, 2-3 real müxalifət təşkilatından ibarət deyil. İnşallah, tezliklə xalqımız dinc mitinqlər üçün meydanlara axışıb, bütün planlarınızı pozacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG