Accessibility links

Əli Məsimli: Corablardakı pullar banklardakı pullardan çoxdur [Audio]


Milli Məclisin deputatı Əli Məsimli
Milli Məclisin deputatı Əli Məsimli

Azərbaycanın bank sistemindəki problemlər, banklardakı pullar kimlərə məxsusdur. Ölkədəki 50 bankın üçdə biri ziyanla işləyir. Milli Məclisin deputatı Əli Məsimli bu suallara cavab verib.

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun direktoru, Milli Məclisin deputatı Əli Məsimli Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə bank sistemində islahatların vacibliyini bildirib.

Milli Məclisin deputatı Əli Məsimli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:58 0:00
Direct link

Sual: Azərbaycan bank sistemi hazırda nə qədər qarantlıdır? Vətəndaşların banklara inamı nə qədərdir?

Cavab: Qlobal maliyyə böhranı Azərbaycanın bank sistemində müəyyən proseslərə səbəb olub. Doğrudur qlobal maliyyə böhranı dünyada bank sisteminə çox ciddi zərbə vurdu, amma Azərbaycanda müflisləşən bank olmadı. Amma, bu o demək deyil ki, Azərbaycanda maliyyə sisteminə ziyan dəyməyib. Çünki, hər bir ölkənin maliyyə sisteminin ziyanı xeyli dərəcədə qlobal maliyyə sisteminə inteqrasiyanın səviyyəsi ilə bağlıdır. Bu baxımdan, Azərbaycanın bank sistemi qlobal maliyyə böhranından az itki ilə çıxdı.
Hazırda yeni tələblər, yeni çağırışlar ortaya çıxdığına görə bank sistemində islahatların həyata keçirilməsinə böyük ehtiyac var. Beynəlxalq praktikadan məlumdur ki, banklar ağır vəziyyətə düşəndə onlar ya müflisləşir, ya da perspektivi olan banklara dövlət tərəfindən ciddi dəstək olur və onların dirçəldilməsi istiqamətində addımlar atırlar ki, maliyyə sistemi çökməsin. Amma, Azərbaycanda nə normal fəaliyyət göstərən müflisləşmə mexanizmi işləyir, nə də qərb ölkələrində olduğu kimi banklara yetərincə maliyyə dəstəyi yoxdur. Təbii ki, belə bir vəziyyətdə həyata keçirilən islahatlarda ağrılı mexanizmi özünü göstərəcək. Adı konsalidasiya olsa da bu təmərgüzləşmənin yeni bir mərhələsidir.
Müstəqillik qazanıldıqdan sonra Azərbaycanda müstəqil banklar yarandı. İki pilləli bank sistemi, - Mərkəzi Bank və kommersiya bankları yarandı. 200-dən artıq bank fəaliyyət başladı. Sonra təmərgüzləşmə nəticəsində bankların sayı 50-yə endi. İndi bankların üçdə biri ziyanla işlədiyindən görünür təmərgüzləşmə prosesinin inkişafına yenə də ehtiyac var. Bu bir sıra faktorlarla özünü göstərə bilər. Birinci faktor odur ki, bankların xeyli hissəsində kapitallaşmanın səviyyəsi aşağıdır. Ciddi faktorlardan biri odur ki, Mərkəzi Bankın uçot dərəcəsinin tez-tez enib-qalxması kommersiya banklarının faiz dərəcəsinə təsir göstərmir.

Sual: Beynəlxalq ekspertlər hesab edir ki, bankların nizamnamə kapitalının 50 milyon manata qaldırılması bu sektorda monopoliyanın yaranmasına, bankların bir əldə cəmləşməsinə xidmət edir. Buna münasibətiniz? Azərbaycan bank sistemində rəqabətlilik varmı?

Cavab: Bunu açıq şəkildə qeyd etmək lazımdır ki, birdən-birə nizamnamə kapitalının beş dəfə artırılması beynəlxalq praktikada yoxdur. İkincisi isə bu addımın atılması təbii ki, təmərgüzləşmənin nəticəsidir. Açıq formada qeyd edək ki, “Azərbaycanda yiyəsiz bank yoxdur ki, kiminsə əlindən alınıb kiməsə verilsin”. Yenə də təmərgüzləşmə bankların iriləşməsi formasında olacaq. Ona görə ki, hər üç bankdan biri ziyanla işləyir və əlbəttə ki, bu bankların arxasında duranlar bunun çıxdaş olmasını istəməz.
Digər tərəfdən, bank sektorunda islahat beynəlxalq praktikaya uyğun aparılarsa ağrılı olar, amma sistemin sağlamlaşmasına gətirib çıxarar.

Sual: Əhalinin bank sisteminə inamı necədir. Belə ki, son günlər “Royal Bank” müflisləşəndən sonra əhalinin pullarının yalnız 29 faizinin qaytarılacağı bəyan edilib. “Texnika Bank”da da əmanətlərdən qeyri-qanuni istifadə halları olduğu bildirilib.

Cavab: Bu sualın cavabında görünən və görünməyən tərəf var. Görünən odur ki, əhalinin banklara qoyduğu pulların məbləği ildən-ilə artır. Əgər, bu amildən baxsaq, yarımçıq xarakter daşıyan nəticəyə gələ bilərik. Ona görə ki, “corablarda olan pullar banklarda olan pullardan çoxdur”. Əhalinin banklara inamı olsa idi, banklardakı pullar corablardakı pullardan çox olardı.
Eyni zamanda, banklardakı əmanətlər əhalinin geniş təbəqələrini əhatə etmir. Banklardakı pullar bölünəndə adambaşına müəyyən məbləğ düşə bilər. Hər halda əhalinin bir hissəsi banklarda pul saxlamaqda çox uzaq vəziyyətdədir. Çünki, onların gəlirləri buna imkan vermir. Əhalinin yalnız müəyyən bir hissəsi vəsaitlərini banklarda saxlayır. Bunun da səbəbi odur ki, kifayət qədər risksiz vəziyyətdə banklar yüksək faizlə əhalinin pullarını saxlayırdı. Amma, “Royal Bank”da baş verənlərlə bağlı ciddi araşdırılmaların aparılması və gələcəkdə bu hadisələrin baş verməməsi üçün vacibdir. Digər tərəfdən isə qanunvericilikdə konkret rəqəm var 30 min manat. Eyni zamanda, konkret faiz var 12 faiz. Bunların ətrafında olan bank vəsaitlərinin tam qaytarılması göstərilib. Yalnız, siyasi qərar qəbul edilən zaman qanunvericiliyə yenidən baxıla bilər. Siyasi qərar olmadığı təqdirdə o cür banklarda olan əmanətlərin yalnız bir hissəsi qaytarılacaq.

Sual: Bir çox ekspertlər hesab edir ki, Azərbaycanda bank sisteminə siyasi nəzarət var və ya banklar siyasi hakimiyyətin tam nəzarətindədir. Məhz bu səbəbdən əhalinin pullarının banklarda cəmləşməsi qeyri-mümkündür. Siz necə qiymətləndirirsiniz?

Cavab: Obyektiv yanaşanda, yəni əhalinin pulu var ki, onu da bankda yerləşdirsin? Kiminsə pulu varsa, o pul kiminsə çətirinin altındandır. Onun üçün də heç bir təhlükə yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG