Accessibility links

Hesabat: "Alibaba uyğurları müəyyən edən üztanıma texnologiyasına sahibdir"


"Çinin Texnologiya nəhəngi Alibaba Group Holding Ltd. ölkədəki uyğur azlıqlarının üzvlərini xüsusi olaraq seçə bilən üz tanımatexnologiyasına sahibdir" - deyə, müşahidə sənayesi tədqiqatçısı IPVM yayımladığı hesabatda bildirir.

Alibaba özü videolarda etnik mənsubiyyəti görə ayırd edə biləcək bir proqram inkişaf etdirdiyinin vahimə yaratdığını və bu xüsusiyyətin heç vaxt müştərilərə tətbiq edilməsinin nəzərdə tutulmadığını bildirib.

Hesabat insan haqları qruplarının Çinin Sincan bölgəsindəki 1 milyondan çox müsəlman uyğuru əmək düşərgələrinə işləməyə məcbur etməkdə günahlandırması və ortaqlıqda şübhəli bilinən firmalara üstünlük verilməsi ilə əlaqələndirilir.

Çin isə öz növbəsində bu ittihamları rədd edir və Sincan bölgəsinin islamçı qruplaşmaların tərəfindən təhdid altında olunduğunu deyir.

ABŞ-da yerləşən IPVM çərşənbə günü yayımlanan bu hesabatda uyğurları müəyyənləşdirə bilən proqramın veb saytlar üçün Alibabanın təklif etdiyi Cloud Shield məzmun tənzimləmə xidmətində ortaya çıxdığını bildirirb.

Alibaba Cloud Shield sistemini "pornoqrafiya, siyasət, zorakılıq, terrorizm, reklamlar və spamları müəyyən edən mətnləri, şəkilləri, videoları və səsləri tanıyan və təsdiqləyən xüsusi konfiqurasiya və digər imkanlar təmin edən bir sistem" olaraq xarakterizə edir.

Sistemin arxivləşdirilmiş qeydlərində onun "təbəssüm aşkarlama", "eynək müayinəsi", şəxsin etnik qrupa aid olub-olmaması və xüsusi ilə "Bu Uyğurdur?" kimi əmrləri həyata keçirməyə qadir olduğu müəyyən edilib.

Nəticə etibarilə sistemdən istifadə edən saytda bir video yayımlanırsa, proqram istifadəçinin uyğur olduğunu aşkar edə bilə və videonu nəzərdən keçirmək və ya silinməsi üçün xəbərdarlıq edə bilər.

IPVM bildirir ki, hesabat yayımlanandan sonra proqram təminatı dərhal yoxa çıxıb.

Alibaba isə yaydığı açıqlamada bildirib ki, Alibaba Bulud sisteminin video görüntülərdə etnik mənsubiyyəti müəyyən edən proqram təminatını yaratmasından məyyusluq duyur və bunun heç vaxt müştərilər üçün istifadə edilməsi nəzərdə tutulmayıb. Funksiya sadəcə sınaq məqsədi ilə istifadə olunub.

Lakin Alibaba yaydığı hesabatda uyğurlardan ümumiyyətlə bəhs etməyib.Və Reuters-ə açıqlamasında şirkət bildirb ki, "etnik mənsubiyyəti müəyyən edən məhsul təklifimizi ləğv etdik".

Alibaba şirkətinin səhmləri həm Nyu York, həm də Honq Konq birjalarında satılır. Canalys tətqiqatçıları bildirir ki, Alibaba Çində ən böyük, dünyada miqyasında isə dördüncü ən böyük bulud texnalogiyası təklif edən şirkətdir.

XS
SM
MD
LG