Azərbaycanın tanınmış xanəndəsi Alim Qasımovun mayın 27-də Təbriz şəhərində konserti olacaq.
Trend agentliyinin məlumatına görə bunu xanəndənin İran proqramları üzrə meneceri Xosrov Sərtipi öz Facebook səhifəsində yazıb.
Xatırladaq ki, Alim Qasımov mayın 13-də Tehranda konsert verib.
Tanınmış xanəndə bir neçə il öncə də Təbrizdə uğurlu konsert proqramı ilə çıxış edib.