Accessibility links

Alimlər ÜST-ni koronavirusa qarşı profilaktika tədbirlərini nəzərdən keçirməyə çağırır


The New York Times qəzetinin verdiyi məlumata əsasən, dünyanın 32 ölkəsindən 239 alim bu həftə elmi jurnalda Ümumdünya Səhiyyə Təşkilatına məktub dərc etməyi planlaşdırır. Alimlər ÜST-nin koronavirusa yoluxmanın qarşısının alınması məqsədilə profilaktika tədbirlərini yenidən nəzərdən keçirməsini istəyir.

Alimlərin bildirdiyinə görə, koronavirus hava yolu ilə yayılır, bu da o deməkdir ki, virusun hissəcikləri qapalı məkanlarda havada qala və insanlar tənəffüs edərkən onları yoluxdura bilər.

Ümumdünya Səhiyyə Təşkilatı virusun yoluxmuş insanın asqırması və öskürməsi zamanı ağız və burun boşluğundan buraxılan damcılar vasitəsilə yayıldığını, lakin ölçülərinə görə tez zamanda yerə düşdüyünü bildirir.

The New York Times qəzetinin yazdığına görə, əgər virus hava yolu ilə yayılırsa, “bunun qarşısının alınmasının əhəmiyyətli nəticələri olacaq”. Yeni preventiv tədbirlərə qapalı məkanlarda “hətta sosial məsafə tədbirləri görüldüyü halda belə” maska taxılması və “koronavirus pasiyentlərini müalicə edərkən hətta ən kiçik tənəffüs damcılarının filtrasiyası məqsədilə” tibb işçilərinin icbari olaraq N95 tipli maska taxması kimi tədbirlər daxildir.

Bununla yanaşı, “eyni havanın yenidən dövranını minimuma endirmək” üçün ventilyasiya sistemlərinin quruluşu yenidən nəzərdən keçirilməlidir.

The New York Times qəzeti bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının daxili elektron poçt mesajları və məsləhətçilər də daxil olmaqla, 20-dən çox alimlə aparılan müsahibələrin nəzərdən keçirilməsindən sonra təşkilatın “ən xoş məramlara baxmayaraq, elmlə ayaqlaşmadığı” kimi bir mənzərə yaranır.

The New York Times bizneslər və ofislərin açılmasından sonra bu yaxınlarda yoluxanların sayının artmasının “bir çox alimin aylardır virusun qapalı məkanlarda havada qalaraq, yaxınlıqda olanları yoluxdurduğu” haqda dediklərini təsdiq etdiyini bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG