Accessibility links

Alimlər ikinci şəxsin HİV virusundan sağaldığını bildirir


Bir qrup britaniyalı alim müalicəsinin bitməsindən bir il yarımdan sonra “Londonlu pasient” adlandırdıqları HİV xəstəsinin qanında insan immun çatışmazlığı virusunun olmadığını bildirib.

Alimlərin sözlərinə görə, uzunmüddətli remissiya davam edərsə, pasient dünyada HİV virusundan sağalmış ikinci şəxs olacaq. Müsbət nəticə 12 il öncə “Berlin pasient”inin müalicəsinə bənzər- xüsusi donordan sümük iliyinin köçürülməsilə mümkün olub.

“London pasienti” HİV və xərçəng xəstəliyinin nadir forması olan Xodckin limfoması xəstəsi idi. Xərçəngin müalicəsi üçün üç il öncə ona “qeyri-işlək” CCR5 geni olan donordan sümük iliyi hüceyrələri köçürülüb. Bu gen hüceyrələrə daxil ola bilən və immunçatışmazlığı virusuna lazım olan xüsusi zülal ifraz edir.

"Berlin pasienti" kimi tanınan Timoti Rey Braun, 4 may, 2019.
"Berlin pasienti" kimi tanınan Timoti Rey Braun, 4 may, 2019.

Tədqiqatın müəllifləri deyirlər ki, bu bir gün baş verəcək QİÇS-ə qalib gəlmək üçün daha çox "hipotez testi" deməkdir. Ancaq bəşəriyyətin HİV-in müalicəsini öyrəndiyini söyləmək hələ çox tezdir. 24 testdən birində alimlər virusun izlərini görüblər, amma onlar bunu nümunədən keçən infeksiya ilə əlaqələndiriblər.

Alimlər HİV-ə yoluxmuş və sümük iliyi köçürülmüş 38 nəfərin vəziyyətini izləyir.

Dünyada təxminən 37 milyon insan immun çatışmazlığı virusu ilə yaşayır. 1980-ci illərdən bugünədək QİÇS-dən 35 milyona yaxın adam ölüb.

XS
SM
MD
LG